“Qarabağ” “Çelsi” matçı üçün 250, 400 və ya 1000 manat ödəməlisiz! qalan biletlər tükənib...
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Çempionlar Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçına saatlar qaldı.
“Football-plus.az” xəbər verir ki, bilet satışı hələ davam edir. Yəni hələ bilet ala bilməyən azarkeşlərin üzülməsi üçün hansısa səbəb yoxdu. Təbii ki, ciblərində azı 250 manat varsa. Çünki hazırda biletlərin satışda olduğu “iticket.az” sayında ən ucuz bilet 250 manatadı. Bundan başqa, 400 və 1000 manata olan biletlərin də hamısı sahibini tapmayıb.
Onu da bildirək ki, satış “Qubadlı”, “Zəngilan”, “Cəbrayıl” (hamısı VIP) və “Şuşa” (VVIP) sektorları üzrə həyata keçirilir. Qalan sektorlar üçün biletlər isə tükənib.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:“Qarabağ”ın oyunu üçün azı 40 manat ödəməlisiz... biletlər ildırım sürətiylə satılır!
25 Sentyabr 2025 17:27
Qarabağ Çelsi ilə oyununa 1000 manata bilet satılır
29 Oktyabr 2025 15:40
“Qarabağ” “Çelsi” oyunu üçün şərflər satışda
05 Noyabr 2025 12:38
“Qarabağ” “Çelsi” oyunu üçün biletlər tükənmək üzrədi... indi ən ucuzu 50 manatdı!
29 Oktyabr 2025 16:52
Baxış sayı:102
Bu xəbər 05 Noyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















