Qarabağ hansı halda pley offa yüksələcək? Bu komandalardan ikisi xal itirsə... | Icma.az
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir. “Qarabağ” Azərbaycan futbolu tarixində növbəti tarixə uğura imza ata bilər.
Ağdam klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyə olduqca yaxındır.
"Köhlən atlar" son turda - yanvarın 28-də "Liverpul"un qonağı olacaq. Komanda bu görüşdə məğlub olsa belə, "ilk 24-lüy"ə düşə bilər.
Hazırda Azərbaycan çempionu 10 xalla 18-ci pillədə qərarlaşıb.
İngiltərə nəhəngi ilə görüşdə qazanılacaq 1 xal digər oyunların nəticələrindən asılı olmayaraq, “Qarabağ”ın pley-offa yüksəlməsi ilə nəticələnəcək.
Məğlubiyyət halında digər matçların nəticəsini gözləməli olacağıq. Məğlubiyyət halında daha 3 komandanın uğursuzluğunu arzulamalı olacağıq.
Onlardan birinin büdrəyəcəyi dəqiqdir, qalır ikisi… “Kayrat”, “Vilyarreal”, “Slaviya”, “Ayntraxt”, “Ayaks”, “Union”, “Pafos”, “Benfika” və “Bodo Qlimt”in “Qarabağ”a çatmaq şansı yoxdur.
Deməli, yarışla vidalaşacaq 12 komandadan 9-u bunlar arasından seçiləcək.
Tam oxu
Xəbəri oxu