Qarabağ hansı halda pley offa yüksələcək? Bu komandalardan ikisi xal itirsə...
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qarabağ” Azərbaycan futbolu tarixində növbəti tarixə uğura imza ata bilər. Ağdam klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyə olduqca yaxındır. "Köhlən atlar" son turda - yanvarın 28-də "Liverpul"un qonağı olacaq. Komanda bu görüşdə məğlub olsa belə, "ilk 24-lüy"ə düşə bilər.
Hazırda Azərbaycan çempionu 10 xalla 18-ci pillədə qərarlaşıb. İngiltərə nəhəngi ilə görüşdə qazanılacaq 1 xal digər oyunların nəticələrindən asılı olmayaraq, “Qarabağ”ın pley-offa yüksəlməsi ilə nəticələnəcək. Məğlubiyyət halında digər matçların nəticəsini gözləməli olacağıq.
Məğlubiyyət halında daha 3 komandanın uğursuzluğunu arzulamalı olacağıq. Onlardan birinin büdrəyəcəyi dəqiqdir, qalır ikisi…
“Kayrat”, “Vilyarreal”, “Slaviya”, “Ayntraxt”, “Ayaks”, “Union”, “Pafos”, “Benfika” və “Bodo Qlimt”in “Qarabağ”a çatmaq şansı yoxdur. Deməli, yarışla vidalaşacaq 12 komandadan 9-u bunlar arasından seçiləcək. Ağdamlılar daha 3 komandadan üstün olmalıdır ki, yoluna davam etsin.
“Qarabağ” üçün təhlükə mənbəyi olan komandalar:
“Brügge” – 7 xal (top fərqi -5): son turda Marsel “Olimpik”ini qəbul edəcək
“Kopenhagen” – 8 xal: son turda “Barselona”ya qonaq olacaq
“Napoli” – 8 xal: son turda “Çelsi”ni qəbul edəcək
“Olimpiakos” – 8 xal: son turda “Ayaks”a qonaq olacaq
“Atletik” – 8 xal: son turda “Sportinq”i qəbul edəcək
PSV – 8 xal: son turda “Bayern”i qəbul edəcək
“Monako” – 9 xal (top fərqi -6): son turda “Yuventus”u qəbul edəcək
“Bayer Leverkuzen” – 9 xal (top fərqi -4): son turda “Vilyarreal”ı qəbul edəcək
“Marsel” – 9 xal (top fərqi 0): son turda “Brügge”nin qonağı olacaq
Top fərqi -2 olan “Qarabağ”ı üstələmək üçün 3 komandaya heç-heçə də bəs edə bilər. 6 komanda isə mütləq qələbə qazanmalıdır. “Brügge” ilə Marsel “Olimpik”inin bir-birini üstələməli olduğunu nəzərə alsaq, digər rəqiblərdən ikisinin maksimum nəticəyə imza atmaması ağdamlılar üçün kifayətdir. “Barselona” evində uduzacaqsa, “Bayern” xalsız qalacaqsa, “Çelsi”, “Ayaks”, “Sportinq” və “Yuventus”un hamısı məğlubiyyət alacaqsa, “Qarabağ” üçün ÇL-də mübarizə bitəcək. Amma bütün bunların baş verməsi sensasiya olar. Ona görə də yuxarıda sadaladığımız komandalardan cəmi ikisinin büdrəməsi təmsilçimiz üçün yetərlidir./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 22 Yanvar 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















