Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Kosovonun "Drita" klubunun məşqçisi, "Qarabağ"ın sabiq futbolçusu Sedat Saini Sportal.az saytına müsahibə veribə. O, Azərbaycan çempionunun Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.
- "Drita"da işlər necə gedir? Komanda hazırda 4-cü yerdədir və "Ballkani"dən 4 xal geridədir. Sizcə, bu il yenidən çempionluq qazanmaq mümkündür?
- Hazırda Antalyada qış hazırlığındayıq və çalışmalarımız yaxşı da gedir. Həm fiziki, həm də taktiki cəhətdən çox yaxşı zaman keçiririk. Komandanın enerjisi, konsentrasiyası, çalışmaq istəyi üst səviyyədədir. Bu hazırlığın mövsümün ikinci hissəsinə daha güclü şəkildə başlamağımız baxımından önəmli xeyir verəcəyinə inanırıq. Qış hazırlığı dövründə Antalyada oynadığımız Superkubok matçını da qazanaraq, hədəflərimizə nə qədər hazır olduğumuzu meydanda göstərdik. Bu qalibiyyət komandanın əhval-ruhiyyəsini və özgüvənini daha da artırdı. Mövsümün ilk yarısında liqa, kubok və avrokuboklar sıxlığına görə zaman-zaman ritm itkiləri yaşayırdıq. Mövsümün ilk yarısını 33 rəsmi matçla tamamladıq və zədələr də liqada bəzi xal itkilərinə səbəb oldu. Amma bu sıxlığa baxmayaraq, Avropada klub tariximiz adına önəmli uğura da imza atmışıq. UEFA Konfrans Liqasında ilk dəfə qruplara qaldıq və pley-offa yüksəldik. “Çelye” ilə oynayacağımız çox çətin pley-off görüşümüz var. Liqada hazırda liderin 4 xal geridəsindəyik, bu fərq bizm üçün aradan götürülməyəcək fərq deyil. Komanda olaraq hədəflərimiz konkretdir, inancımız güclüdür. Bu mövsüm Allahın izni ilə çempionluğun ən güclü namizədlərindənik və ikinci yarıda çox daha güclü şəkildə yolumuza davam edərək, mövsümün çempion kimi tamamlayacağımıza inanırıq.
- Yeni mövsüm üçün başqa komandalardan təklif almısınız? Məsələn, Azərbaycanda işləmək necə olardı, hər hansı təklif var?
- Futbolda uğurlu olduğunuz halda, fərqli klublardan maraq olması son dərəcədə normaldır. Amma bu an üçün bütün konsentrasiyamız “Dirata”dakı işimizə yönəlib. Zekeriyye Ramadani ilə birlikdə burada önəmli dönəmdən keçirik və hədəflərimiz də konkretdir. Öncəliyimiz Avropada gedə biləcəyimiz yerə qədər irəliləməkdir. Liqada çempion olmaq istəyirik. Bu hədəflərə uyğun çalışmalarımızı davam etdiririk. Ona görə də, bu dönəmdə fərqli klublardan gələ biləcək təkliflərin detallarına da girmirik. Azərbaycan futbol sarıdan potensialı olan və hörmət edilən liqadır. Əlbəttə doğru layihə və doğru şərtlər olduğu halda, hər ölkə kimi dəyərləndirilə bilər. Amma indi bütün konsentrasiyamız “Drita”yadır.
- Keçmiş komandanız "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Onların uğurunu necə qiymətləndirirsiniz? Sizcə, buna necə nail oldular?
- "Qarabağ"ın Çempionlar Liqasında pley-off mərhələsinə qədər yüksəlməsi son dərəcədə önəmli və dəyərli uğurdur. "Qarabağ"ın Avropadakı uğurları təsadüfi deyil. Uzun illərdir ki, stabil olan nəticələrdir, komandanın konkret oyun fəlsəfəsi var və Avropa təcrübəsi üzərinə qurulan zamanın nəticəsidir. Avropada qalmağın ən önəmli yollarından biri, eyni oyun anlayışını uzun müddət qoruya bilmək və bu anlayışı sabit şəkildə yansıda bilməkdir. “Qarabağ” bunu illərdir ki, uğurlu şəkildə edir. Üstəlik, doğru heyət qurulması, Avropa matçlarına doğru hazırlıq, bu matçlarda oynamaq üçün alışıb-yanmaq da bu səviyyələrə gəlmələrində önəmli rol oynadı. Bu tip uğurları sadəcə klub adına deyil, ölkə futbolu adına da çox dəyərlidir. “Qarabağ”ın Avropadakı bu sabit performansı doğru planlaşdırma və səbirli çalışma ilə nələrin əldə edilə biləcəyini konkret şəkildə göstərir.
- Qurban Qurbanovdur uzun illərdir komandaya rəhbərik edir. Onun rəhbərliyi altındakı futbolçu dönəminizi necə xatırlayırsınız? Məşqçi kimi ondan hələ də hər hansı bir məsləhət və ya taktiki rəhbərlik alırsınızmı, indi də ondan hər hansı bir məsləhətdən istifadə edirsinizmi?
- Qurban Qurbanov həm klub, həm də Azərbaycan futbolu adına çox önəmli baş məşqçidir. Uzun illərdir ki, eyni klubda sabit şəkildə çalışır, bu da uğurların böyük təməlidir. Onunla çalışdığım dönəmi son dərəcə dəyərli və öyrədici olaraq xatırlayıram. Qurban Qurbanovda intizam, təşkilatçılıq və oyuna konkret planla yanaşma məsələlərində güclü məşqçilik anlayışı var. Əlbəttə ki, bu gün fərqli komandalarda, fərqli oyunçu profilində çalışırıq. Amma futbolun təməl prinsipləri dəyişmir. Bu mənada, ondan qazandığım bəzi perspektivlər və iş vərdişləri bu gün də peşəkar yanaşmamın bir hissəsidir. Futbolda hər məşqçi öz yolunu müəyyənləşdirir. Biz də oyun haqqında öz anlayışımıza və məqsədlərimizə uyğun olaraq irəliləyirik. Bununla belə, əvvəllər birlikdə işlədiyiniz uğurlu məşqçilərdən öyrəndiyiniz hər şey sizi həmişə bir addım irəli aparır.
- "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində “Nyukas”la qarşılaşacaq. Sizcə, "Qarabağ" bu komandanı keçə bilər?
- Potensial rəqiblər PSJ və “Nyukasl” idi. Düşə biləcək hər iki komanda da Avropada ən yüksək səviyyəli, çox güclüdür. İndi bəxtlərinə “Nyukasl” çıxdı. “Nyukasl” kollektiv oyun və fiziki gücə arxalanaraq daha çox oynayır. Buna görə də, düzgün hazırlıq və planlaşdırma ilə deyə bilərik ki, “Nyukasl”a rəqabət şansları bir qədər yüksək ola bilər. Lakin bu səviyyədəki hər matçın öz çətinlikləri var. Avropa təcrübəsi və meydanda intizamı olan bir komanda kimi, "Qarabağ" əlindən gələni edəcək, buna əminəm. Məncə, "Qarabağ" üçün "Nyukasl"la oynamaq, PSJ ilə oynamaqdan daha münasib görünə bilər. PSJ fərdi keyfiyyət və ulduz oyunçular sayəsində istənilən an oyuna nəzarəti ələ keçirə bilən, heç vaxt nəzarəti rəqibə təhvil verməyən komandadır. "Nyukasl” isə fiziki güc, temp və kollektiv oyun sayəsində daha təsirli olur. Əlbəttə ki, çətin qarşılaşmalar olacaq. Amma oyun strukturu daha proqnozlaşdırıla bildiyindən, düzgün müdafiə təşkilatçılığı və keçid oyunu ilə tarazlığa nail olmaq mümkündür.
- "Drita"nın baş məşqçisi Zəkəriyyə Ramadani ilə "Qarabağ"ın oyunlarını birlikdə izləyirsiniz? "Qarabağ" o günlərdən bəri bu qədər irəliləyib...
- "Qarabağ"ın oyunlarını birlikdə izləmək üçün çox vaxtımız olmayıb. Bununla belə, bəzən oyunları müzakirə edib təhlil etmişik. Zəkəriyyə Ramadani bəzi oyunları izləyir və mən də fürsət düşəndə onlara baxıram. "Qarabağ"ın Avropada və Premyer Liqadakı çıxışını yüksək qiymətləndiririk. Bu səviyyəni illərdir ardıcıl olaraq qorumaq həqiqətən də əhəmiyyətli nailiyyətdir.
Mirbağırağa