Icma.az
close
up
RU
Qarabağ ın Avropadakı uğurları təsadüf deyil Konfrans Liqasında pley off oynayacaq komandanın məşqçisi

Qarabağ ın Avropadakı uğurları təsadüf deyil Konfrans Liqasında pley off oynayacaq komandanın məşqçisi

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Kosovonun "Drita" klubunun məşqçisi, "Qarabağ"ın sabiq futbolçusu Sedat Saini Sportal.az saytına müsahibə veribə. O, Azərbaycan çempionunun Çempionlar Liqasındakı çıxışını dəyərləndirib. 

- "Drita"da işlər necə gedir? Komanda hazırda 4-cü yerdədir və "Ballkani"dən 4 xal geridədir. Sizcə, bu il yenidən çempionluq qazanmaq mümkündür?

Hazırda Antalyada qış hazırlığındayıq və çalışmalarımız yaxşı da gedir. Həm fiziki, həm də taktiki cəhətdən çox yaxşı zaman keçiririk. Komandanın enerjisi, konsentrasiyası, çalışmaq istəyi üst səviyyədədir. Bu hazırlığın mövsümün ikinci hissəsinə daha güclü şəkildə başlamağımız baxımından önəmli xeyir verəcəyinə inanırıq. Qış hazırlığı dövründə Antalyada oynadığımız Superkubok matçını da qazanaraq, hədəflərimizə nə qədər hazır olduğumuzu meydanda göstərdik. Bu qalibiyyət komandanın əhval-ruhiyyəsini və özgüvənini daha da artırdı. Mövsümün ilk yarısında liqa, kubok və avrokuboklar sıxlığına görə zaman-zaman ritm itkiləri yaşayırdıq. Mövsümün ilk yarısını 33 rəsmi matçla tamamladıq və zədələr də liqada bəzi xal itkilərinə səbəb oldu. Amma bu sıxlığa baxmayaraq, Avropada klub tariximiz adına önəmli uğura da imza atmışıq. UEFA Konfrans Liqasında ilk dəfə qruplara qaldıq və pley-offa yüksəldik. “Çelye” ilə oynayacağımız çox çətin pley-off görüşümüz var. Liqada hazırda liderin 4 xal geridəsindəyik, bu fərq bizm üçün aradan götürülməyəcək fərq deyil. Komanda olaraq hədəflərimiz konkretdir, inancımız güclüdür. Bu mövsüm Allahın izni ilə çempionluğun ən güclü namizədlərindənik və ikinci yarıda çox daha güclü şəkildə yolumuza davam edərək, mövsümün çempion kimi tamamlayacağımıza inanırıq.

-  Yeni mövsüm üçün başqa komandalardan təklif almısınız? Məsələn, Azərbaycanda işləmək necə olardı, hər hansı təklif var?

Futbolda uğurlu olduğunuz halda, fərqli klublardan maraq olması son dərəcədə normaldır. Amma bu an üçün bütün konsentrasiyamız “Dirata”dakı işimizə yönəlib. Zekeriyye Ramadani ilə birlikdə burada önəmli dönəmdən keçirik və hədəflərimiz də konkretdir. Öncəliyimiz Avropada gedə biləcəyimiz yerə qədər irəliləməkdir. Liqada çempion olmaq istəyirik. Bu hədəflərə uyğun çalışmalarımızı davam etdiririk. Ona görə də, bu dönəmdə fərqli klublardan gələ biləcək təkliflərin detallarına da girmirik. Azərbaycan futbol sarıdan potensialı olan və hörmət edilən liqadır. Əlbəttə doğru layihə və doğru şərtlər olduğu halda, hər ölkə kimi dəyərləndirilə bilər. Amma indi bütün konsentrasiyamız “Drita”yadır.

- Keçmiş komandanız "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Onların uğurunu necə qiymətləndirirsiniz? Sizcə, buna necə nail oldular?

"Qarabağ"ın Çempionlar Liqasında pley-off mərhələsinə qədər yüksəlməsi son dərəcədə önəmli və dəyərli uğurdur. "Qarabağ"ın Avropadakı uğurları təsadüfi deyil. Uzun illərdir ki, stabil olan nəticələrdir, komandanın konkret oyun fəlsəfəsi var və Avropa təcrübəsi üzərinə qurulan zamanın nəticəsidir. Avropada qalmağın ən önəmli yollarından biri, eyni oyun anlayışını uzun müddət qoruya bilmək və bu anlayışı sabit şəkildə yansıda bilməkdir. “Qarabağ” bunu illərdir ki, uğurlu şəkildə edir. Üstəlik, doğru heyət qurulması, Avropa matçlarına doğru hazırlıq, bu matçlarda oynamaq üçün alışıb-yanmaq da bu səviyyələrə gəlmələrində önəmli rol oynadı. Bu tip uğurları sadəcə klub adına deyil, ölkə futbolu adına da çox dəyərlidir. “Qarabağ”ın Avropadakı bu sabit performansı doğru planlaşdırma və səbirli çalışma ilə nələrin əldə edilə biləcəyini konkret şəkildə göstərir.

- Qurban Qurbanovdur uzun illərdir komandaya rəhbərik edir. Onun rəhbərliyi altındakı futbolçu dönəminizi necə xatırlayırsınız? Məşqçi kimi ondan hələ də hər hansı bir məsləhət və ya taktiki rəhbərlik alırsınızmı, indi də ondan hər hansı bir məsləhətdən istifadə edirsinizmi?

Qurban Qurbanov həm klub, həm də Azərbaycan futbolu adına çox önəmli baş məşqçidir. Uzun illərdir ki, eyni klubda sabit şəkildə çalışır, bu da uğurların böyük təməlidir. Onunla çalışdığım dönəmi son dərəcə dəyərli və öyrədici olaraq xatırlayıram. Qurban Qurbanovda intizam, təşkilatçılıq və oyuna konkret planla yanaşma məsələlərində güclü məşqçilik anlayışı var. Əlbəttə ki, bu gün fərqli komandalarda, fərqli oyunçu profilində çalışırıq. Amma futbolun təməl prinsipləri dəyişmir. Bu mənada, ondan qazandığım bəzi perspektivlər və iş vərdişləri bu gün də peşəkar yanaşmamın bir hissəsidir. Futbolda hər məşqçi öz yolunu müəyyənləşdirir. Biz də oyun haqqında öz anlayışımıza və məqsədlərimizə uyğun olaraq irəliləyirik. Bununla belə, əvvəllər birlikdə işlədiyiniz uğurlu məşqçilərdən öyrəndiyiniz hər şey sizi həmişə bir addım irəli aparır.

- "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində “Nyukas”la qarşılaşacaq. Sizcə, "Qarabağ" bu komandanı keçə bilər?

Potensial rəqiblər PSJ və “Nyukasl” idi. Düşə biləcək hər iki komanda da Avropada ən yüksək səviyyəli, çox güclüdür. İndi bəxtlərinə “Nyukasl” çıxdı. “Nyukasl” kollektiv oyun və fiziki gücə arxalanaraq daha çox oynayır. Buna görə də, düzgün hazırlıq və planlaşdırma ilə deyə bilərik ki, “Nyukasl”a rəqabət şansları bir qədər yüksək ola bilər. Lakin bu səviyyədəki hər matçın öz çətinlikləri var. Avropa təcrübəsi və meydanda intizamı olan bir komanda kimi, "Qarabağ" əlindən gələni edəcək, buna əminəm. Məncə, "Qarabağ" üçün "Nyukasl"la oynamaq, PSJ ilə oynamaqdan daha münasib görünə bilər. PSJ fərdi keyfiyyət və ulduz oyunçular sayəsində istənilən an oyuna nəzarəti ələ keçirə bilən, heç vaxt nəzarəti rəqibə təhvil verməyən komandadır. "Nyukasl” isə fiziki güc, temp və kollektiv oyun sayəsində daha təsirli olur. Əlbəttə ki, çətin qarşılaşmalar olacaq. Amma oyun strukturu daha proqnozlaşdırıla bildiyindən, düzgün müdafiə təşkilatçılığı və keçid oyunu ilə tarazlığa nail olmaq mümkündür. 

- "Drita"nın baş məşqçisi Zəkəriyyə Ramadani ilə "Qarabağ"ın oyunlarını birlikdə izləyirsiniz? "Qarabağ" o günlərdən bəri bu qədər irəliləyib... 

- "Qarabağ"ın oyunlarını birlikdə izləmək üçün çox vaxtımız olmayıb. Bununla belə, bəzən oyunları müzakirə edib təhlil etmişik. Zəkəriyyə Ramadani bəzi oyunları izləyir və mən də fürsət düşəndə onlara baxıram. "Qarabağ"ın Avropada və Premyer Liqadakı çıxışını yüksək qiymətləndiririk. Bu səviyyəni illərdir ardıcıl olaraq qorumaq həqiqətən də əhəmiyyətli nailiyyətdir.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sportal.az
archiveBu xəbər 02 Fevral 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri