Qarabağ ın Çempionlar Liqasının pley off una çıxma şansları ANALİZ | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. Ötən gün Almaniyanın "Ayntraxt" komandası üzərində 3:2 hesabı ilə əzmkar qələbə qa
Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu VIII turunda Ağdam təmsilçisi səfərdə "Liverpul" ilə qarşılaşacaq.
Milli.Az xəbər verir ki, "yurd.media" son oyun öncəsi 10 xala malik "Qarabağ"ın İngiltərədə məğlub olacağı ehtimalında belə pley-off mərhələsinə çıxmaq şansını analiz edib.
Belə ki, hazırda Azərbaycan klubu ümumi sıralamada 18-ci yerdə qərarlaşıb.
Komandamızdan sonra ilk 24-lüyə daxil olan və potensial olaraq 10-dan çox xal toplaya biləcək 6 klub qərarlaşıb - "Marsel" (9 xal), "Bayer" (9 xal), "Monako" (9 xal), "Eyndoven" (8 xal), "Atletik Bilbao" (8 xal), Olimpiakos (8 xal).
İlk 24-dən hazırda kənarda qalan və pley-off yolunda "Qarabağ"ı potensial olaraq qabaqlaya biləcək isə cəmi 3 klub var - "Napoli" (8 xal), "Kopenhagen" (8 xal) və "Brügge" (7 xal).
Nəzərə alsaq ki son turda "Qarabağ"dan daha az xal toplayan "Marsel" və "Brügge" bir-biri ilə qarşılaşacaq, demək ən azı ikisindən biri komandamızdan geri düşəcək.
Turnir cədvəlindəki digər təhlükəli qonşulardan "Kopenhagen" səfərdə "Barselona" ilə qarşılacaq.
Tam oxu
Xəbəri oxu