Icma.az
close
up
RU
Qarabağ ın Çempionlar Liqasının pley off una çıxma şansları ANALİZ

Qarabağ ın Çempionlar Liqasının pley off una çıxma şansları ANALİZ

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gün Almaniyanın "Ayntraxt" komandası üzərində 3:2 hesabı ilə əzmkar qələbə qazanan "Qarabağ" futbol klubunun Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq şansları ilə bağlı xeyli müzakirələr aparılır.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu VIII turunda Ağdam təmsilçisi səfərdə "Liverpul" ilə qarşılaşacaq.

Milli.Az xəbər verir ki, "yurd.media" son oyun öncəsi 10 xala malik "Qarabağ"ın İngiltərədə məğlub olacağı ehtimalında belə pley-off mərhələsinə çıxmaq şansını analiz edib.

Belə ki, hazırda Azərbaycan klubu ümumi sıralamada 18-ci yerdə qərarlaşıb.

Komandamızdan sonra ilk 24-lüyə daxil olan və potensial olaraq 10-dan çox xal toplaya biləcək 6 klub qərarlaşıb - "Marsel" (9 xal), "Bayer" (9 xal), "Monako" (9 xal), "Eyndoven" (8 xal), "Atletik Bilbao" (8 xal), Olimpiakos (8 xal). İlk 24-dən hazırda kənarda qalan və pley-off yolunda "Qarabağ"ı potensial olaraq qabaqlaya biləcək isə cəmi 3 klub var - "Napoli" (8 xal), "Kopenhagen" (8 xal) və "Brügge" (7 xal).

Nəzərə alsaq ki son turda "Qarabağ"dan daha az xal toplayan "Marsel" və "Brügge" bir-biri ilə qarşılaşacaq, demək ən azı ikisindən biri komandamızdan geri düşəcək.

Turnir cədvəlindəki digər təhlükəli qonşulardan "Kopenhagen" səfərdə "Barselona" ilə qarşılacaq. Birbaşa 1/8 finala vəsiqə uğrunda mübarizə aparan ispan nəhəngi çətin danimarkalılara 1 xal belə versin.

Eyni sözləri "Atletik Bilbao" ilə qarşılaşacaq "Sportinq" üçün də söyləmək olar - portuqaliya klubu birbaşa 1/8 finala vəsiqə qazanmaq üçün əlindən gələni edəcək.

Oxşar durumda həmçinin Fransa təmsilçisi "Monako" da yer alıb. Onların son turda qarşılaşacağı "Yuventus" daha yuxarı mərhələyə adlamaq üçün qələbə əzmi ilə meydana çıxacaq.

Keçək Yunanıstanın "Olimpiakos" klubuna. Afina təmsilçisi səfərdə "Ayaks" ilə qarşılaşacaq. Son iki oyunda qələbələr qazanaraq 6 xal toplayan Niderland təmsilçisinin yunanları da udaraq pley-off-a düşmək şansları yaranıb. Bu səbəbdən Amsterdamda "Olimpiakos"u son dərəcə gərgin oyun gözləyir və "Ayaks"ı özündən qabağa buraxmamaq üçün hətta heç-heçəyə də razı olacaqlar. "Ayaks"ın qələbəsi və heç-heçə isə "Qarabağ"ın işinə yarayacaq, çünki bu təqdirdə hər iki klub təmsilçimizdən daha aşağıda yer alacaq.

Digər mütləq qələbə qazanmalı olan "rəqimiz" "Eyndoven" isə Almaniya nəhəngi "Bayern" ilə qarşılaşacaq. Bu oyunda niderlandlıların qələbəsi sensasiya sayılmasa da amma çox çətin görünür.

24-lüyə düşmək üçün bütün gücünü ortaya qoyacaq digər klub İtaliya çempionu "Napoli" olacaq. Lakin onun da işi çətinə düşüb. Çünki rəqibi birbaşa 1/8 finalı hədəfləyən İngiltərə nəhəngi "Çelsi"dir.

Yeganə asan qələbə qazanacağı gözlənilən Almaniyanın digər klubu "Bayer" görsənir. Leverkuzenlilər doğma meydanda növbəti mərhələ şansını itirən "Vilyareal" ilə qarşılaşacaq. Amma bura da ispanların qapını bərk çırparaq əlavə milyonlar qazanmaq üçün döyüşməyəcəyi istisna deyil.

Belə görünür ki, Azərbaycan çempionu İngiltərədə məğlub olacağı təqdirdə belə pley-offa vəsiqə qazanmağı böyük ölçüdə təmin edib. Amma bütün Avropanı heyrətə salan bu "Qarabağ"ın təbii ki, əfsanəvi "Enfild Roud" stadionunun meydançasına da xal və ya xallar qazanmaq üçün çıxacağı heç kimdə şübhə doğurmur.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri