“Qarabağ” kimi rəqiblə görüşdə 1 xal da pis nəticə deyil İsmayıl İbrahimli | Icma.az
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq. “Qarabağ” kimi rəqiblə görüşdə 1 xal da pis nəticə deyil" - İsmayıl İbrahimli “Zirə”nin yarımm
1:1-lik heç-heçəni necə şərh edərdiniz? - Maraqlı oyun oldu. “Qarabağ”la görüşlərimiz həmişə maraqlı və gərgin keçir.
Rəqibin gücünü də hamımız bilirik. Düşünürəm ki, bu matç “Qarabağ” üçün də asan keçmədi. Çoxlu qol epizodu yarada bilmədilər.
Lazım olan bir xalı qazandıq. Düzdür, qalib də gələ bilərdik. Lakin “Qarabağ” kimi rəqiblə görüşdə 1 xal da pis nəticə deyil.
- Hesabda önə keçmişdiniz. Qələbə hesabını qorumaq üçün nə çatışmadı? - Gözləmədiyimiz bir qol buraxdıq.
İrəli atılarkən rəqib bizi əks-hücumda yaxaladı. Təəssüf ki, hesabdakı üstünlüyü qoruya bilmədik. 1:0-da fərqi artıra da bilərdik.
İkinci hissədə qol şanslarımız oldu. Onları dəyərləndirsəydik, nəticə fərqli olardı. - Sona yaxın “Zirə” tamamilə arxaya çəkilmişdi.
Həmin anlarda müdafiə olunmaq nə dərəcədə çətin idi? - “Qarabağ”la oyunda bu, normaldır. Sona yaxın “Qarabağ”ın təzyiqi çox idi.
Tam oxu
Xəbəri oxu