Icma.az
close
up
RU
“Qarabağ” kimi rəqiblə görüşdə 1 xal da pis nəticə deyil İsmayıl İbrahimli

“Qarabağ” kimi rəqiblə görüşdə 1 xal da pis nəticə deyil İsmayıl İbrahimli

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Qarabağ” kimi rəqiblə görüşdə 1 xal da pis nəticə deyil" - İsmayıl İbrahimli

“Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimlinin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 14-cü turunda “Qarabağ”la bərabərə qaldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?

- Maraqlı oyun oldu. “Qarabağ”la görüşlərimiz həmişə maraqlı və gərgin keçir. Rəqibin gücünü də hamımız bilirik. Düşünürəm ki, bu matç “Qarabağ” üçün də asan keçmədi. Çoxlu qol epizodu yarada bilmədilər. Lazım olan bir xalı qazandıq. Düzdür, qalib də gələ bilərdik. Lakin “Qarabağ” kimi rəqiblə görüşdə 1 xal da pis nəticə deyil. 

- Hesabda önə keçmişdiniz. Qələbə hesabını qorumaq üçün nə çatışmadı?

- Gözləmədiyimiz bir qol buraxdıq. İrəli atılarkən rəqib bizi əks-hücumda yaxaladı. Təəssüf ki, hesabdakı üstünlüyü qoruya bilmədik. 1:0-da fərqi artıra da bilərdik. İkinci hissədə qol şanslarımız oldu. Onları dəyərləndirsəydik, nəticə fərqli olardı. 

- Sona yaxın “Zirə” tamamilə arxaya çəkilmişdi. Həmin anlarda müdafiə olunmaq nə dərəcədə çətin idi?

- “Qarabağ”la oyunda bu, normaldır. Sona yaxın “Qarabağ”ın təzyiqi çox idi. Eləcə də hücummaeyilli futbolçuları daim irəli atılırdılar. Təbii ki, bu təzyiqə dözmək çətin idi. Qol buraxmamaq üçün əlimizdən gələni etdik. Məncə, yaxşı mübarizə apardıq. 

- Öz çıxışınızı necə dəyərləndirirsiniz? Kənardan çox istəkli görünürdünüz. Belə təəssürat yaranırdı ki, sabiq klubunuz “Qarabağ”a qarşı xüsusi motivasiya ilə oynayırsınız...

- “Qarabağ”ın adı xüsusi motivasiya üçün bəs edir. Belə oyunlar mövsüm ərzində az olur. “Qarabağ” olsun, “Neftçi” olsun – bu cür matçlar bizi daha da istəkli edir. Bu gün yaxşı oynamaq üçün heç bir maneə yox idi. Həm meydança yaxşı durumda idi, həm də rəqib güclü komanda idi. Bu da bizi daha istəkli edir. 

- Qış fasiləsinə qədər iki oyununuz qalıb. “Şamaxı” və “İmişli” ilə matçlarda maksimum xal qazanmaq mümkün olacaq?

- Bəli, bu iki matçda bizə mütləq qələbə lazımdır. Həm “Şamaxı”nı, həm də “İmişli”ni məğlub etməyə çalışacağıq. Hər iki oyun çətin keçəcək. “Şamaxı” öz meydanında yaxşı oynayır. Süni meydan da bizə çətinlik yaradacaq. “İmişli” də səfər matçlarında yaxşı oynayır. Əvvəlki turlarda nəyə qadir olduqlarını görmüşük. İstənilən halda çalışacağıq 6 xal qazanıb, fasiləyə yaxşı əhval-ruhiyyədə yollanaq. 

- “Qarabağ”ın təqvimi daha ağırdır. Bu 6 xal “Zirə”nin qış fasiləsinə lider kimi yollanması üçün kifayət edər?

- İstərdik elə olsun. Amma biz 6 xal qazansaq da, bu, liderlik üçün kifayət etməyə bilər. Çünki “Qarabağ” da gərək xal itirsin. Üstəlik, onların ehtiyatda da bir oyunları var. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qol.az
archiveBu xəbər 07 Dekabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri