GlobalInfo saytına istinadən Icma.az xəbər verir. İl 2017, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klu
Bu mərhələ çərçivəsində “Çelsi”, “Atletiko Madrid” və “Roma” kimi Avropa nəhəngləri ilə qarşılaşır.
Lakin “Atletiko Madrid” ilə oktyabr ayında keçirilən ev oyunu ertəsi gün sosial şəbəkələrdə, xüsusilə Türkiyə mətbuatında fərqli şəkildə təqdim edilir.
Oyunda “Qarabağ” azarkeşlərinin əllərində klubun adının yazıldığı A4 vərəqləri tutduqları foto ciddi diqqət çəkir.
Lakin “Sabah” qəzetinin məsələ ilə bağlı “Ən əzik xareoqrafiya” başlıqlı məqaləsi həm Türkiyədə, həm də Azərbaycanda böyük rezonans doğurur.
Türkiyəli jurnalist, köşə yazarı Mevlüt Tezel müəllifi olduğu məqalədə milyonlarla azərbaycanlı üçün tarixi hesab edilən oyunu belə təqdim edir: “Tarixdə ilk dəfə Çempionlar Liqasına qatılan Azərbaycan klubu “Qarabağ” ilk xalını evində “Atletiko Madrid”ə qarşı aldı.
0-0 bitən qarşılaşmada ən qəribə görüntü isə azarkeşlərin A4 kağızlara “Qarabağ” yazıb şəffaf fayllara qoyması idi.
Bu, futbol tarixinin ən pis, ən əzik, ən kasıb və ən gülməli xaroqrafiyasıdır.