Icma.az
close
up
RU
Qarabağ la bağlı Türkiyəni ayağa qaldıran görüntü: 9 il sonra dəyişdi FOTO

Qarabağ la bağlı Türkiyəni ayağa qaldıran görüntü: 9 il sonra dəyişdi FOTO

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

İl 2017, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olur, bütün ölkə qürurlanır. Bu mərhələ çərçivəsində “Çelsi”, “Atletiko Madrid” və “Roma” kimi Avropa nəhəngləri ilə qarşılaşır.

Lakin “Atletiko Madrid” ilə oktyabr ayında keçirilən ev oyunu ertəsi gün sosial şəbəkələrdə, xüsusilə Türkiyə mətbuatında fərqli şəkildə təqdim edilir. Oyunda “Qarabağ” azarkeşlərinin əllərində klubun adının yazıldığı A4 vərəqləri tutduqları foto ciddi diqqət çəkir. Lakin “Sabah” qəzetinin məsələ ilə bağlı “Ən əzik xareoqrafiya” başlıqlı məqaləsi həm Türkiyədə, həm də Azərbaycanda böyük rezonans doğurur. Türkiyəli jurnalist, köşə yazarı Mevlüt Tezel müəllifi olduğu məqalədə milyonlarla azərbaycanlı üçün tarixi hesab edilən oyunu belə təqdim edir:

“Tarixdə ilk dəfə Çempionlar Liqasına qatılan Azərbaycan klubu “Qarabağ” ilk xalını evində “Atletiko Madrid”ə qarşı aldı. 0-0 bitən qarşılaşmada ən qəribə görüntü isə azarkeşlərin A4 kağızlara “Qarabağ” yazıb şəffaf fayllara qoyması idi. Bu, futbol tarixinin ən pis, ən əzik, ən kasıb və ən gülməli xaroqrafiyasıdır. Olsun, yavaş-yavaş onlar da futbol mədəniyyətini öyrənəcəklər”.

Ertəsi gün yazı iki ölkənin ictimaiyyətində çox sərt tənqid edildiyi üçün saytdan silinir. Müəllif isə üzrü qəbahətindən böyük, “sadəcə əyləncəli olduğunu demişdim” sözləri ilə kifayətlənir.

İl 2026, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda Almaniyanın “Ayantrax” klubunu 90+4 dəqiqədə 3:2 hesabı ilə məğlub edir. Oyundan əvvəl “Qarabağ” azarkeşlərinin rəqib komandaya ünvanlı xareoqreoqrafiyası isə ayrıca gündəm olur. Bir növ azarkeşlərin verdiyi qalibiyyət anonsu Qurban Qurbanovun strategiyası və döyüşçülərinin əzmi ilə təsdiqlənir.

Bəs nə baş verir?

İndi nəinki qardaş ölkə, bütün dünya mediası, futbol cameəsi nəhənglər arasında savaşan aşağı büdcəli Azərbaycan klubunun yazdığı dastandan danışır. Qələbəmiz bütün dünyada olduğu kimi Türkiyə KİV və sosial şəbəkələrdə də gündəmə çevrilib. Qardaş ölkədə əksəriyyət qürurunu ifadə edir, “Qarabağ”a dəstəyini və sevgisini göstərir. Hətta xüsusilə oyunun bitməsinə saniyələr qalmış vurulan qol “görəsən, bu həyəcanın dadı necədir?” başlıqları ilə paylaşılır. Bütün yer-göy “Qarabağ”dır, Qurbanovdur. Artıq biz həsrətlə baxılan tərəfə çevrilirik.

Paralel olaraq “Qalatasaray” da bu gecə “Atletiko Madrid” ilə qarşılaşmadan 1:1 hesabı ilə ayrılır. Bəli, “Atletiko Madrid”. Düşünə bilirsiz? Paylaşımlarda və müzakirələrdə “Qarabağ”ın büdcəsi Türkiyənin ən böyük və əfsanəvi klublarından biri olan “Qalatasaray”la müqayisə edilir. “Ayantrax”la qarşılaşmasındakı məğlubiyyəti xatırladılır. “İntiqamımız alındı”, “qardaşlar intiqamımızı aldı” cümlələri demək olar sosial şəbəkələri bürüyüb. Hətta, “Ümid edək ki, “Qalatasaray”la qarşılaşmasınlar, yoxsa bizə çətin olacaq” rəyləri də önə çıxır.

Beləliklə, futbolda büdcə vacib rol oynasa da, əsas məsələnin sistemli oyun, komanda ruhu və doğru lider strategiyası olduğu, Qurbanovun rəhbərliyi ilə “Qarabağ”ın məhz bu sayədə uğur qazandığı vurğulanır. Hətta Qurban Qurbanovun Türkiyə klublarına baş məşqçi getməsi üçün müraciətlər səsləndirilir, “Qarabağ”ın qələbələləri ilə dərs keçdiyi deyilir.

Bəli, 9 il əvvəl jurnalist Tezelin də bildirdiyi kimi, deyəsən, “futbol mədəniyyəti”ni öyrənirik axı.

Qeyd edim ki, “Qarabağ”ın 9 il əvvəl “Atletiko Madrid”lə səfər oyunu 1:1 hesabı ilə başa çatmışdı.

Ayşən Mustafa
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 04:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri