Qarabağ meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq Tahir Gözəl | Icma.az
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Avropa Liqasının Liqa mərhələsində "Olimpik Lion"u qəbul edəcək "Qarabağ"ın prezidenti Tahir Gözəl oyundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidməti onun sözlərini belə çatdırıb: “Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək.
Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq.
Ötən tur “Budyo Qlimt”ə (Norveç) qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq.
Futbolçularımız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücüylə mübarizə aparacaq".
T.Gözəl qarşılaşmanı stadiondan canlı izləyə bilməyəciyini deyib: "Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm.
İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləyə bilməyəcəm. Amma ürəyim hər zaman olduğu kimi “Qarabağ”la birgə olacaq.
Tam oxu
Xəbəri oxu