Icma.az
close
up
RU
Qarabağ meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq Tahir Gözəl

Qarabağ meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq Tahir Gözəl

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Avropa Liqasının Liqa mərhələsində "Olimpik Lion"u qəbul edəcək "Qarabağ"ın prezidenti Tahir Gözəl oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidməti onun sözlərini belə çatdırıb:

“Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur “Budyo Qlimt”ə (Norveç) qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Futbolçularımız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücüylə mübarizə aparacaq".

T.Gözəl qarşılaşmanı stadiondan canlı izləyə bilməyəciyini deyib:

"Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm. İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləyə bilməyəcəm. Amma ürəyim hər zaman olduğu kimi “Qarabağ”la birgə olacaq. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram. Onların sonadək meydanda döyüşəcəklərinə əminəm. Komandama bu vacib qarşılaşmada uğurlar arzulayıram. İnanıram ki, azarkeşlərimiz Tofiq Bəhramov adına Respublika stadionunu dolduracaq və arenadan sevinclə ayrılacaqlar. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir. Qarşıda dörd oyunumuz var. Bunlardan birincisi “Lion”a qarşı olacaq. İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə adlamaq üçün daha bir addım atacağıq”.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpik Lion” görüşü saat 21:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://fanat.az
archiveBu xəbər 26 Noyabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri