Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Dünən Avropa Liqasının Liqa mərhələsində 6-cı tur geridə qaldı.
QOL.az-ın xəbərinə görə, Azərbaycan çempionu "Qarabağ"ın da yarışdığı bu turnirdə artıq 2024-cü ildə matçlar başa çatıb.
Yarış bir də 2025-ci ilin yanvarın 21-də başlanacaq 5-ci turun oyunları ilə bərpa olunacaq.
Qeyd edək ki, 6-cı turun matçlarından sonra artıq 7 komanda ən azı pley-off mərhələsini təmin edib.
Bunlar hərəyə 16 xalı olan "Latsio" və "Atletik", "Anderlext" (14), "Lion", "Ayntraxt" (hərəyə 13 xal), "Qalatasaray" və "Mançester Yunayted"dir (hərəyə 12 xal).
6 oyundan sıfır xalı olan və sonuncu - 36-cı yerdə qərarlaşan Kiyevin "Dinamo" komandası isə son iki turun nəticəsindən asılı olmayaraq "pley-off"a yüksəlmək şansını itirib.
"Qarabağ"a gəlincə, Ağdam təmsilçi 3 xalla 33-cü yeri tutur.
Qurban Qurbanovun komandası dünən "Elfsborq"a məğlubiyyətdən (0:1) sonra ilk "24"lüyə düşmək şansını daha da çətinləşdirib.