Icma.az
close
up
RU
Qarabağ özünü elə çətin duruma salıb ki... Ümid möcüzəyə qalıb

Qarabağ özünü elə çətin duruma salıb ki... Ümid möcüzəyə qalıb

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünən Avropa Liqasının Liqa mərhələsində 6-cı tur geridə qaldı.

QOL.az-ın xəbərinə görə, Azərbaycan çempionu "Qarabağ"ın da yarışdığı bu turnirdə artıq 2024-cü ildə matçlar başa çatıb. Yarış bir də 2025-ci ilin yanvarın 21-də başlanacaq 5-ci turun oyunları ilə bərpa olunacaq.

Qeyd edək ki, 6-cı turun matçlarından sonra artıq 7 komanda ən azı pley-off mərhələsini təmin edib. Bunlar hərəyə 16 xalı olan "Latsio" və "Atletik", "Anderlext" (14), "Lion", "Ayntraxt" (hərəyə 13 xal), "Qalatasaray" və "Mançester Yunayted"dir (hərəyə 12 xal).

6 oyundan sıfır xalı olan və sonuncu - 36-cı yerdə qərarlaşan Kiyevin "Dinamo" komandası isə son iki turun nəticəsindən asılı olmayaraq "pley-off"a yüksəlmək şansını itirib.

"Qarabağ"a gəlincə, Ağdam təmsilçi 3 xalla 33-cü yeri tutur. Qurban Qurbanovun komandası dünən "Elfsborq"a məğlubiyyətdən (0:1) sonra ilk "24"lüyə düşmək şansını daha da çətinləşdirib. İndi bundan sonra "Qarabağ" Bakıda FKSB (Rumıniya) və Afinada "Olimpiakos"a (Yunanıstan) qarşı keçiriləcək matçlarda hökmən qələbə qazanmalıdır. Lakin hətta bu halda belə, "Qarabağ"ın yarışı "24"lükdə başa vurub növbəti mərhələyə yüksələcəyinə söyləmək tez olar. Çünki bu mərhələdə çox şeyə 5-ci turun matçlarından sonra aydınlıq gələcək. 

Qeyd edək ki, "pley-off"a yüksəlmək istəyən komanda ən pis halda 24-cü yeri tutmalıdır. Hazırda 24-cü yerdə "Qarabağ"ın dünən məğlub olduğu "Elfsborq" tutur. Onların, eləcə də 22 və 23-cü yerləri tutan PAOK-la "Mityüland"la ehtiyatında 7 xal var. 

Həmin komandalarlarla yanaşı 25-ci yerdə olan "Braqa"nın da 7 xalı var. Onlar 5-ci turda qalib gələcəyi halda isə "Qarabağ"ın da pley-off-a çıxmaq şansının üstündən xətt çəkiləcək. Yəni artıq həmin tur FKSB üzərindəki mümkün qələbəni də bir əhəmiyyəti qalmayacaq və "Oimpiako"ala sonuncu turun görüşü "Qarabağ" üçün yalnız formal əhəmiyyət daşıyacaq.

Beləliklə, bizə indi yalnız möcüzəyə ümid bəsləmək qalır. 

Xatırladaq ki, avrokubokların yeni formatına əsasən, Liqa mərhələlərində 1-8-ci yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-ü yeri tutuanlar isə pley-off mərhələsinə (şərti olaraq 1/16 finala) vəsiqə qazanır. 25-36-cı yeri tutanlar isə yarışda iştirakını başa vurur.

6 turdan sonra turnir cədvəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri