Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların fevral ayına görə dünya reytinqini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu dəfə Azərbaycanın 5 komandası siyahıya düşüb. Onlardan ən yüksək göstəriciyə malik klub “Qarabağ”dır.
İlk “yüzlük”də qərarlaşan ağdamlılar 166,25 xalla 87-ci yerdədi. Qurban Qurbanovun yetirmələri son reytinqlə müqayisədə 6 pillə geriləyib.
Siyahıdakı digər təmsilçilərimiz “Sabah” və “Turan Tovuz” da eyni aqibətlə üzləşib.
“Sabah” 400-cü yerdən 414-cü pilləyə, “Turan Tovuz” isə 494-cü pillədən 499-cu yerə düşüb. Bakılılar 61, tovuzlular isə 53,75 xala malikdi.
Yalnız “Zirə”nin mövqeyi dəyişməyib. Rəşad Sadıqovun kollektivi 103,25 xalla 208-ci yerdə qalıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.