“Qarabağ” reytinqdə gerilədi
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların fevral ayına görə dünya reytinqini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu dəfə Azərbaycanın 5 komandası siyahıya düşüb.
Onlardan ən yüksək göstəriciyə malik klub “Qarabağ”dır. İlk “yüzlük”də qərarlaşan ağdamlılar 166,25 xalla 87-ci yerdədi. Qurban Qurbanovun yetirmələri son reytinqlə müqayisədə 6 pillə geriləyib.
Siyahıdakı digər təmsilçilərimiz “Sabah” və “Turan Tovuz” da eyni aqibətlə üzləşib. “Sabah” 400-cü yerdən 414-cü pilləyə, “Turan Tovuz” isə 494-cü pillədən 499-cu yerə düşüb. Bakılılar 61, tovuzlular isə 53,75 xala malikdi.
Yalnız “Zirə”nin mövqeyi dəyişməyib. Rəşad Sadıqovun kollektivi 103,25 xalla 208-ci yerdə qalıb.
Baxış sayı:136
Bu xəbər 10 Fevral 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















