Qarabağ və Şərqi Zəngəzur özünə də, ölkəyə də işıq verir | Icma.az
Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Keçən il bölgənin 32 SES-i 550 milyon kilovat-saat “yaşıl” enerji istehsal edib 2024-cü ild
“AzərEnerji” ASC-nin məlumatına görə, enerjinin üçdə biri, yəni 200 milyon kilovat-saata yaxını işğaldan azad edilmiş ərazilərin enerji tələ
“Yaşıl” enerjinin yerdə qalan üçdə iki hissəsi isə ölkənin enerji sisteminə ötürülərək digər yerlərin tələbatına yönləndirilib.
Bunun da hesabına 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Qeyd edək ki, təkcə 2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub.
“AzərEnerji” ASC tərəfindən Kəlbəcər rayonunda 22,5 meqavatlıq “Yuxarı Vəng” və 4,3 meqavatlıq “Zar”, Laçın rayonunda 2,8 meqavatlıq “Zabux” və 4,6 meqavatlıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 meqavat olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib.
Yeri gəlmişkən, “Yuxarı Vəng” son 4 ildə işğaldan azad olunmuş ərazilərdə tikilmiş ən böyük su elektrik stansiyasıdır.
Göründüy kimi, Prezident İlham ­Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırıqların icrası üzrə işlər ardıcıllıqla davam etdirilir.
Tam oxu
Xəbəri oxu