Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzur özünə də, ölkəyə də işıq verir

Qarabağ və Şərqi Zəngəzur özünə də, ölkəyə də işıq verir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Keçən il bölgənin 32 SES-i  550 milyon kilovat-saat “yaşıl” enerji istehsal edib

2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz enerji istehsal olunub.

“AzərEnerji” ASC-nin məlumatına görə, enerjinin üçdə biri, yəni 200 milyon kilovat-saata yaxını işğaldan azad edilmiş ərazilərin enerji tələbatının ödənilməsinə sərf olunub. “Yaşıl” enerjinin yerdə qalan üçdə iki hissəsi isə ölkənin enerji sisteminə ötürülərək digər yerlərin tələbatına yönləndirilib. Bunun da hesabına 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Qeyd edək ki, təkcə 2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. “AzərEnerji” ASC tərəfindən Kəlbəcər rayonunda 22,5 meqavatlıq “Yuxarı Vəng” və 4,3 meqavatlıq “Zar”, Laçın rayonunda 2,8 meqavatlıq “Zabux” və 4,6 meqavatlıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 meqavat olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib. Yeri gəlmişkən, “Yuxarı Vəng” son 4 ildə işğaldan azad olunmuş ərazilərdə tikilmiş ən böyük su elektrik stansiyasıdır.

Göründüy kimi, Prezident İlham ­Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırıqların icrası üzrə işlər ardıcıllıqla davam etdirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, işğaldan azad olunmuş ərazilərdə ötən 4 il ərzində 270 meqavat gücündə 32 su elektrik stansiyası istismara buraxılıb. 2025-ci ildə isə həmin ərazilərdə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə, növbəti illərdə əlavə olaraq 200 meqavatlıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri