Qarabağa artıq 50 mindən çox insan qayıdıb ŞƏRH EDİLDİ | Icma.az
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Böyük Qayıdış çərçivəsində Qarabağda – Kəlbəcərdə, Laçında, Qubadlıda böyük işlər görülür.
Orada həm infrastruktur layihələri həyata keçirilir, yollar çəkilir, geniş və müasir tunellər tikilir.
Eyni zamanda sosial-məişət obyektləri, fabriklər tikilir, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri inşa olunur".
Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, siyasətçi Əli Mustafa deyib.
Siyasətçinin sözlərinə görə, həmçinin yaşayış məskənləri – kəndlər və şəhərlər sıfırdan qurulur: "Ölkənin 20%-i ermənilər və onları himayə edən digər güclər tərəfindən viran edilib.
İndi həmin ərazilərdə demək olar ki, hər şey sıfırdan yaradılır. Yollar da dağıdılıb, kəndlər və şəhərlər də viran qoyulub.
Su xətləri, elektrik xətləri, qaz boruları – insan yaşayışı üçün lazım olan bütün infrastruktur yenidən qurulur və bərpa olunur.
Tam oxu
Xəbəri oxu