Icma.az
close
up
RU
Qarabağa artıq 50 mindən çox insan qayıdıb ŞƏRH EDİLDİ

Qarabağa artıq 50 mindən çox insan qayıdıb ŞƏRH EDİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Böyük Qayıdış çərçivəsində Qarabağda – Kəlbəcərdə, Laçında, Qubadlıda böyük işlər görülür. Orada həm infrastruktur layihələri həyata keçirilir, yollar çəkilir, geniş və müasir tunellər tikilir. Eyni zamanda sosial-məişət obyektləri, fabriklər tikilir, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri inşa olunur". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, siyasətçi Əli Mustafa deyib.

Siyasətçinin sözlərinə görə, həmçinin yaşayış məskənləri – kəndlər və şəhərlər sıfırdan qurulur: "Ölkənin 20%-i ermənilər və onları himayə edən digər güclər tərəfindən viran edilib. İndi həmin ərazilərdə demək olar ki, hər şey sıfırdan yaradılır. Yollar da dağıdılıb, kəndlər və şəhərlər də viran qoyulub. Su xətləri, elektrik xətləri, qaz boruları – insan yaşayışı üçün lazım olan bütün infrastruktur yenidən qurulur və bərpa olunur. Çayların üzərində su elektrik stansiyaları qurulur, həmin ərazilərə elektrik enerjisi çatdırmaq üçün yollar çəkilir, binalar tikilir. Qısacası, insanların rahat yaşaması üçün nə lazımdırsa, orada qurulur.

Doğrudur, dağıntıların miqyası çox böyükdür, hələ görüləsi çox iş var. Demək olar ki, təxminən 1 milyondan çox əhalisi olan bölgəyə bu günə kimi 50 mindən artıq insan qayıdıb. Amma bütün hallarda dövlət öz imkanları və resursları ilə çalışır ki, bölgəni abadlaşdırsın, yaşayış məntəqələri inşa olunsun və insanlar öz vətənlərinə, tarixi yurdlarına qayıtsınlar. Düşünürəm ki, Azərbaycan dövlətinin Qarabağın bərpası ilə bağlı apardığı işlər çox böyükmiqyaslı və təbii ki, zəruri işlərdir. Bu işlər mütləq görülməlidir ki, insanlar qayıtdıqda orada rahat şəkildə yaşaya bilsinlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Sentyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri