Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” bu gün Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu keçirəcək.
3-cü tur çərçivəsində “Atletik”in qonağı olacaq komandamızdan, təbii ki, azı bir xal gözləyirik.Bəli-bəli, arzumuz La Liqanın nəhənglərindən olan Bilbao təmsilçisiylə azı-heç-heçə edə biləcəyimiz yönündədi.
Niyə? Axı “Qarabağ” 25, “Atletik” isə nə az, nə çox - 370 milyon avro dəyərindədi.
Öz aramızdı, “qırmızı-ağlar” Azərbaycan premyer-liqasından (110,50 milyon avro) 3 dəfədən artıq bahadı!
Çempionatımızın ən baha futbolçusu Kadi Borges 2,5, “şirlər”in ən baha oyunçusu Niko Uilyams isə 70 milyon avrodu.
Bəs bizi ümidləndirən nədi? Təbii ki, bazar dəyərlərinin, sadəcə, kağız üzərində olduğunu dəfələrlə sübuta yetirən “Qarabağ”!Zarafat deyil,
Xatırladaq ki, ağdamlılar indiyə qədər “Şelburn” (3:0, 1:0), “Şkendiya” (1:0, 5:1), “Ferentsvaroş” (3:1, 2:3), “Benfika” (3:2) və “Kopenhage