Icma.az
close
up
RU
“Qarabağ”a niyə inanaq? YAZI

“Qarabağ”a niyə inanaq? YAZI

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” bu gün Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu keçirəcək. 3-cü tur çərçivəsində “Atletik”in qonağı olacaq komandamızdan, təbii ki, azı bir xal gözləyirik.

Bəli-bəli, arzumuz La Liqanın nəhənglərindən olan Bilbao təmsilçisiylə azı-heç-heçə edə biləcəyimiz yönündədi. Niyə? Axı “Qarabağ” 25, “Atletik” isə nə az, nə çox - 370 milyon avro dəyərindədi. Öz aramızdı, “qırmızı-ağlar” Azərbaycan premyer-liqasından (110,50 milyon avro) 3 dəfədən artıq bahadı! Çempionatımızın ən baha futbolçusu Kadi Borges 2,5, “şirlər”in ən baha oyunçusu Niko Uilyams isə 70 milyon avrodu. Bəs bizi ümidləndirən nədi? Təbii ki, bazar dəyərlərinin, sadəcə, kağız üzərində olduğunu dəfələrlə sübuta yetirən “Qarabağ”!
Zarafat deyil, “köhlən atlar” Çempionlar Liqasının 2025/26 mövsümündə keçirdiyi 8 matçın 7-də qələbə qazanıb. Xatırladaq ki, ağdamlılar indiyə qədər “Şelburn” (3:0, 1:0), “Şkendiya” (1:0, 5:1), “Ferentsvaroş” (3:1, 2:3), “Benfika” (3:2) və “Kopenhagen”lə (2:0) qarşılaşıb. Göründüyü kimi, yalnız bir məğlubiyyət qeydə alınıb və bu, “köhlən atlar”ın tarix yazmasına mane olmayıb. Bu azmış kimi, topların nisbəti də göz qamaşdırır – 20:7.
Əbəs deyil ki, La Liqa kimi çempionata sahib olan ölkənin idman mediası artıq “Qarabağ”ı sürpriz komanda saymır. Komandanın müəyyən sisteminin formalaşdığını və nəticələrin məhz həmin sistemin bəhrəsi olduğunu etiraf edirlər. Və uğurlardan danışanda 2008-ci ildən bəri “köhlən atlar”ın baş məşqçisi, görülən işlərin memarı olan Qurban Qurbanova xüsusi yer verirlər.
İstənilən halda, “Qarabağ” bu gün tarixinin ən güclü dönəmini yaşayır. Komandamıza nəinki hörmət edirlər, hətta özlərinin favorit olduqlarını dilə gətirmək istəmirlər. Təbii ki, belə davranış həm də uzun illər ərzində formalaşan futbol mədəniyyətinin təzahürüdü, ancaq reallıq da məhz bu yöndədi! “Qarabağ”ın uğurları artıq sürpriz sayılmır və bu gün axşam Bilbaodan qələbə xəbəri gələcəyi təqdirdə əvvəlki kimi təəccüblənməyəcəyik. Ancaq söz veririk ki, əvvəlkindən qat-qat artıq sevinəcəyik! Çünki məlum ilk “24-lük” xəyalının gerçəkləşməsi yönündə çox iri addım atmış olacağıq.
Odu ki, atalar üçdən deyib, “Qarabağ”! Sevindir bizi, nə olar...
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Oktyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri