Qarabağa səfərlər yeni mərhələyə keçir: Xarici turistlər üçün Yeni imkanlar | Icma.az
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın işğaldan azad edilmiş əraziləri – Qarabağ və Şərqi Zəngəzur – artıq təkcə tarixi və mənəvi baxımdan deyil, həm də beynəlxalq turizm üçün cəlbedici istiqamət kimi diqqət mərkəzindədir.
Regionun turizm potensialının reallaşdırılması istiqamətində atılan ardıcıl addımlar nəticəsində indi xarici ölkə vətəndaşları da fərdi minik avtomobilləri ilə bu ərazilərə səfər etmək imkanı əldə ediblər.
Artıq “yolumuzgarabaga.az” portalı üzərindən müvafiq icazə almaqla Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi kimi mühüm istiqamətlərə fərdi səfərlər gerçəkləşdirilə bilər.
Bu yenilik yalnız turizmin genişlənməsi deyil, eyni zamanda regionda sosial-iqtisadi inkişafın sürətlənməsi baxımından da mühüm rol oynayacaq.
İndi əcnəbi turistlər Qarabağın qədim tarixini və zəngin mədəni irsinə şahid olmaqla yanaşı, müasir infrastrukturun təqdim etdiyi rahatlıqdan da faydalana biləcəklər.
Səfərlər zamanı təhlükəsizlik, informasiya təminatı və sadələşdirilmiş prosedurlar vasitəsilə rahat gediş-gəlişə zəmin yaradılır.
Bu isə bölgənin turizm xəritəsində yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.
Tam oxu
Xəbəri oxu