Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Qarabağa səfərlər yeni mərhələyə keçir: Xarici turistlər üçün Yeni imkanlar

Qarabağa səfərlər yeni mərhələyə keçir: Xarici turistlər üçün Yeni imkanlar

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın işğaldan azad edilmiş əraziləri – Qarabağ və Şərqi Zəngəzur – artıq təkcə tarixi və mənəvi baxımdan deyil, həm də beynəlxalq turizm üçün cəlbedici istiqamət kimi diqqət mərkəzindədir. Regionun turizm potensialının reallaşdırılması istiqamətində atılan ardıcıl addımlar nəticəsində indi xarici ölkə vətəndaşları da fərdi minik avtomobilləri ilə bu ərazilərə səfər etmək imkanı əldə ediblər. Artıq “yolumuzgarabaga.az” portalı üzərindən müvafiq icazə almaqla Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi kimi mühüm istiqamətlərə fərdi səfərlər gerçəkləşdirilə bilər.

Bu yenilik yalnız turizmin genişlənməsi deyil, eyni zamanda regionda sosial-iqtisadi inkişafın sürətlənməsi baxımından da mühüm rol oynayacaq. İndi əcnəbi turistlər Qarabağın qədim tarixini və zəngin mədəni irsinə şahid olmaqla yanaşı, müasir infrastrukturun təqdim etdiyi rahatlıqdan da faydalana biləcəklər. Səfərlər zamanı təhlükəsizlik, informasiya təminatı və sadələşdirilmiş prosedurlar vasitəsilə rahat gediş-gəlişə zəmin yaradılır. Bu isə bölgənin turizm xəritəsində yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.

Yeni icazə mexanizmi: Xarici turistlərə fərdi avtomobillərlə səfərə yaşıl işıq

AYNA-nın mətbuat katibi Tural OrucovAPA-Economics”ə bildirib ki, artıq "yolumuzgarabaga.az" portalı üzərindən müvafiq icazə almaqla xarici ölkələrin vətəndaşları da fərdi minik avtomobilləri ilə ilkin mərhələdə Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi istiqamətində səfər edə biləcəklər. Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq:

“Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikasının dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun avtonəqliyyat vasitələri nəzərdə tutulur. Bir minik avtomobilində sürücü də daxil olmaqla maksimum 9 (doqquz) nəfərin səfəri üçün icazə alına bilər. Səfər edən şəxslər ərazilərdə mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalıdırlar”.

Tural Orucov əlavə edib ki, xarici ölkələrin vətəndaşları, həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər. Bütün materiallar xarici dillərdə əlçatandır.

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar MustafayevaAPA-Economics”ə açıqlamasında bildirib ki, əcnəbilər işğaldan azad edilmiş ərazilərə qrup halında da səfər edə bilərlər. Qrup turları yalnız Turizm Reyestrində turoperator kimi qeydiyyatdan keçmiş turizm şirkətləri tərəfindən həyata keçiriləcək.

Gülnar Mustafayeva qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən xarici ölkələrin vətəndaşları əlavə icazə prosedurlarına ehtiyac olmadan əraziyə giriş hüququ əldə edəcəklər. Hotellərdə rezervasiya edən şəxslərə giriş icazəsinin avtomatik verilməsi, səfər edənlərin vaxtına qənaət etməklə yanaşı, onlara səfər planlarını daha çevik şəkildə həyata keçirmək imkanı yaradır. Hotel tərəfindən təqdim olunan bu xidmət əlavə alternativ və sadələşdirilmiş seçimdir, lakin rezervasiya etmək məcburi şərt deyil. Bu sadələşdirmə artıq bir neçə müddətdir ki, Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq olunur.

Azərbaycanın işğaldan azad edilmiş əraziləri beynəlxalq turizm üçün açılır

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri, "Azərbaycan Ekoturizm Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Samir DübəndiAPA-Economics”ə açıqlamasında bildirib ki, məlumat üçün bildirmək istərdim ki, 14 may 2025-ci ildə Qarabağa fərdi avtomobillərlə səfər istiqamətlərinin genişləndirilməsi ilə bağlı ilk məlumat yayılıb. Bu qərar nəticəsində Azərbaycan vətəndaşlarına yalnız Şuşa və Laçın deyil, həm də Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərəyə fərdi avtomobillərlə səfər etmək imkanı verildi. Bu addım regionun tədricən yerli əhali üçün açılmasının və iqtisadi canlanmanın başlanğıcı oldu.

Daha sonra, 8 iyul 2025-ci ildə yayımlanan məlumatda xarici vətəndaşların Qarabağa səfərlərinə icazə mexanizminin yaradılması barədə anons verildi. Bu, artıq beynəlxalq turistlərin regiona cəlb olunmasının planlaşdırıldığını göstərirdi və prosesin beynəlxalq mərhələyə keçəcəyinə öncədən işarə edirdi.

Samir Dübəndi qeyd edib ki, nəhayət, 21 iyul 2025-ci il tarixində xarici vətəndaşlar üçün Qarabağa səfər imkanlarının rəsmiləşdirildiyi xəbər yayımlandı – 23 iyuldan etibarən xarici qonaqlar “Yolumuz Qarabağa” portalında ingilis və rus dillərində müraciət edərək 5 gün müddətinə icazə ala biləcəklər.

“Bu ardıcıllıq Azərbaycanın Qarabağda bərpa və inkişaf siyasətinin mərhələli və sistemli şəkildə həyata keçirildiyini sübut edir: əvvəl yerli vətəndaşların səfərləri üçün imkanlar yaradıldı, ardınca xarici turistlər üçün mexanizm formalaşdırıldı. Bununla Azərbaycan həm daxili turizm bazarını canlandırır, həm də regionu beynəlxalq ictimaiyyətə açır. Məsələnin önəmi ondan ibarətdir ki, bu addımlar təkcə turizmin inkişafına xidmət etmir — eyni zamanda Qarabağda həyatın normallaşmasını, təhlükəsizliyin təmin olunduğunu və bərpa proseslərinin uğurla irəlilədiyini nümayiş etdirir. Bu, Azərbaycanın azad olunmuş ərazilərinin həm milli iqtisadiyyatın, həm də beynəlxalq əməkdaşlığın ayrılmaz hissəsinə çevrilməsinə yönəlmiş strateji yanaşmanın nümunəsidir” – deyə ekspert əlavə edib.

Qarabağa səfər zamanı təhlükəsizlik məsələsi ön plandadır

Turizm üzrə ekspert Əziz ŞiriyevAPA-Economics”ə açıqlamasında bildirib ki, məlum olduğu kimi, azad edilmiş ərazilərə giriş “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalı üzərindən icazə almaqla mümkündür. İstər yerli, istərsə də xarici vətəndaşların azad edilmiş ərazilərə səfər etməsi təbii ki, turizmin inkişafına müsbət töhfə verəcək. Əlbəttə, xarici turistlərin Qarabağ və Şərqi Zəngəzurda olan gözəllikləri görməsi bu regionun sosial-iqtisadi inkişafına, mədəni irsimizin tanınması baxımından vacibdir.

“Bu ərazilərə səfər zamanı təhlükəsizlik məsələsi ön plandadır. Çünki 30 ildən sonra Qarabağ işğaldan azad edilib. Qarabağın bir sıra turizm növləri üzrə potensialı var. Turistlərin bu ərazilərə cəlb edilməsi əvvəlcədən planlaşdırılıb. Çünki onlar gözəllikləri öz gözləri ilə görsünlər, paylaşımlar etsinlər və bir daha göstərilsin ki, Qarabağ Azərbaycanın torpağıdır. Qısa müddət ərzində bu ərazilərin neçə cənnət məkana çevrilməsini bütün dünya görməlidir.

Düşünürəm ki, zamanla portal sistemi minimum həddə çatdırılacaq. Turistlərin portal sistemi ilə azad edilmiş ərazilərə səfər etməsi müvəqqəti haldır. Müvəqqəti hal ərzində mütəmadi olaraq yerli və xarici vətəndaşların səfərləri sistematik olaraq artan templə idarəçilik edilərək təşkil ediləcək”-deyə ekspert əlavə edib.

Nəticə olaraq Qarabağ və Şərqi Zəngəzura turizm səfərlərinin xarici vətəndaşlar üçün də mümkün olması regionun beynəlxalq səviyyədə tanıdılmasına, iqtisadi canlanmaya və sosial inkişafına təkan verəcək. Yeni qaydalar yalnız turizm sektorunun inkişafını deyil, həm də yerli sahibkarlığın genişlənməsini və əhalinin məşğulluğunun artmasını təmin edəcək. Yeni iş yerləri, daha güclü infrastruktur və genişlənən xidmət sektoru bölgədə sosial rifahın yüksəlməsinə şərait yaradacaq.

Qarabağ və Şərqi Zəngəzur artıq təkcə keçmişin izlərini yaşadan deyil, həm də gələcəyin ümidlərini özündə birləşdirən bir bölgəyə çevrilir. Əcnəbi turistlər burada zəngin tarix və mədəniyyətlə yanaşı, müasir inkişafın dinamikasını da eyni anda yaşayacaqlar. Bu isə Azərbaycanın turizm xəritəsində Qarabağın yeni bir parlaq səhifə kimi açıldığını sübut edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 İyul 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri