Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qarabağ və Şərqi Zəngəzur kimi illərlə işğalda olan ərazilər indi xarici turistlər üçün yeni və maraqlı istiqamətə çevrilir.
2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları işğaldan azad edilmiş ərazilərə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər.
Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq.
Bəs yeni qərar bölgələrin inkişafına necə təsir göstərəcək? Turizm eksperti Rəhman Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, xarici və
Onun sözlərinə görə, bunun əsas səbəbləri beynəlxalq marağın artması, investisiya və turizmin bütün sahələridir: “Qarabağ və Şərqi Zəngəzur
İndi xaricilər üçün bu əraziləryeni və kəşf olunmamış turizm istiqaməti kimi maraq doğurur. İqtisadi canlanma olacaq.
Xarici turist axını bölgəyə valyuta gətirəcək, bu da hotelçilik, nəqliyyat, restoran və yerli məhsulların satışında yeni imkanlar və iş yerləri yaradacaq.