Icma.az
close
up
RU
Qarabağa turist səfərləri başlayır Yeni qərar nə vəd edir?

Qarabağa turist səfərləri başlayır Yeni qərar nə vəd edir?

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qarabağ və Şərqi Zəngəzur kimi illərlə işğalda olan ərazilər indi xarici turistlər üçün yeni və maraqlı istiqamətə çevrilir. 2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları işğaldan azad edilmiş ərazilərə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər. Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq. Bəs yeni qərar bölgələrin inkişafına necə təsir göstərəcək?

Turizm eksperti Rəhman Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, xarici vətəndaşlara işğaldan azad olunmuş ərazilərə icazə verilməsi bölgədə turizmin inkişafına çox ciddi müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, bunun əsas səbəbləri beynəlxalq marağın artması, investisiya və turizmin bütün sahələridir:

“Qarabağ və Şərqi Zəngəzur illərlə qapalı zonalar olub. İndi xaricilər üçün bu əraziləryeni və kəşf olunmamış turizm istiqaməti kimi maraq doğurur. İqtisadi canlanma olacaq. Xarici turist axını bölgəyə valyuta gətirəcək, bu da hotelçilik, nəqliyyat, restoran və yerli məhsulların satışında yeni imkanlar və iş yerləri yaradacaq. Regionun tanıdılması üçün münbit imkanlar yaranır. Xarici turistlər bu yerlərdə çəkdikləri foto və videolarla Qarabağın real potensialını dünyaya tanıdacaq, həm də Azərbaycanın mövqeyini dəstəkləyən mədəni mesajlar yayacaq. Xarici vətəndaşların təhlükəsiz səfəri bölgənin sabit və inkişaf edən məkan kimi təqdim olunmasına xidmət edəcək. Bu da daha geniş turizm axınının yolunu açacaq”.

Ekspert qeyd edib ki, xarici turistlər üçün tələbat artdıqca dövlət və özəl sektor infrastruktur layihələrinə (yollar, hotellər, informasiya mərkəzləri) daha çox investisiya yönəldəcək. İcazələrin genişləndirilməsi sadəcə turizmə deyil, həm də bölgənin sosial-iqtisadi dirçəlişinə və beynəlxalq nüfuzuna güclü təsir göstərəcək.

Ülkər Cəlilzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 İyul 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri