Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi "Ətraf mühiti qoru: maarifləndirmə aksiyaları" adlı layihənin icrası davam edir.
İyunun 4-də layihə çərçicəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində "Qarabağda ekoloji terrorun acı izləri" adlı ictimai müzakirə keçirilib.
İctimai müzakirədə "Yaşıl Dünya" EMİB sədri Elman Cəfərli, Ağdam rayonu üzrə İctimai Şuranın sədri Rafiq Əliyev, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev, ekoloq Musa Muradov, ictimai fəallar, könüllü təibətsevərlər iştirak ediblər.
"Yaşıl Dünya" EMİB sədri, layihənin rəhbəri Elman Cəfərli layihə haqqında, qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlar və ermənilər tərəfindən son 30 ildə Azərbaycana qarşı törədilmiş ekoloji terror barədə məlumat verib: "Hazırda dünyanı narahat edən başlıca problemlərdən biri qlobal iqlim dəyişmələririnin yaratdığı fəsadlardır.
Beynəlxalq Ekspertlər Qrupunun hesablamalarına görə, son 100 ildə Yer kürəsində orta temperatur 1 dərəcəyədək yüksəlib.
Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, yaxın yüz ildə planetmizdə yaşam çətinləşəcək.
Qlobal istiləşmənin nəticələrini yumşaltmaq, atmosferdə karbon emissiyasının miqdarını azaltmaq üçün yaşıllıq zonaları salınmalı, meşələr, biomüxtəliflik qorunmalı, su ehtiyatlarına qənaət edilməli, ətraf mühitin mühafizəsi tədbirləri gücləndirilməlidir.