Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

“Qarabağda ekoloji terrorun acı izləri” Ağdamda ictimai müzakirə keçirilib

“Qarabağda ekoloji terrorun acı izləri” Ağdamda ictimai müzakirə keçirilib

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi "Ətraf mühiti qoru: maarifləndirmə aksiyaları" adlı layihənin icrası davam edir.
İyunun 4-də layihə çərçicəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində "Qarabağda ekoloji terrorun acı izləri" adlı ictimai müzakirə keçirilib.
İctimai müzakirədə "Yaşıl Dünya" EMİB sədri Elman Cəfərli, Ağdam rayonu üzrə İctimai Şuranın sədri Rafiq Əliyev, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev, ekoloq Musa Muradov, ictimai fəallar, könüllü təibətsevərlər iştirak ediblər.
"Yaşıl Dünya" EMİB sədri, layihənin rəhbəri Elman Cəfərli layihə haqqında, qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlar və ermənilər tərəfindən son 30 ildə Azərbaycana qarşı törədilmiş ekoloji terror barədə məlumat verib:
"Hazırda dünyanı narahat edən başlıca problemlərdən biri qlobal iqlim dəyişmələririnin yaratdığı fəsadlardır. Beynəlxalq Ekspertlər Qrupunun hesablamalarına görə, son 100 ildə Yer kürəsində orta temperatur 1 dərəcəyədək yüksəlib. Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, yaxın yüz ildə planetmizdə yaşam çətinləşəcək. Qlobal istiləşmənin nəticələrini yumşaltmaq, atmosferdə karbon emissiyasının miqdarını azaltmaq üçün yaşıllıq zonaları salınmalı, meşələr, biomüxtəliflik qorunmalı, su ehtiyatlarına qənaət edilməli, ətraf mühitin mühafizəsi tədbirləri gücləndirilməlidir. Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür".
Layihə rəhbəri deyib ki, Ermənistan Respublikası 1992-2020-cü illər işğal dönəmində Azərbaycana qarşı ekoloji terror həyata keçirib. "Azərbaycanın əkinə yararlı məhsuldar torpaqları, otlaq sahələri yandırılıb, filiz mədənləri qanunsuz istismar olunub, nadir bitkilər olan meşələr talan edilib"-deyə, o, bildirib.
Son illər ölkə boyu geniş yaşıllaşdırma aksiyalarının təşkil olunduğunu bildirən E.Cəfərli deyib ki, ermənilərn ekoloji terroruna məruz qalmış Qarabağda da meşə sahələrinin bərpası istiqamətində işlər görülür.
Ağdam rayonu üzrə İctimai Şurasının sədri Rafiq Əliyev son 30 ildə ermənilərin Qarabağda törətdiyi yaşıl soyqırımdan danışıb:
"Azərbaycan son 30 ildə Ermənistanın ekoloji terroruna da məruz qalıb. Qarabağ və Şərqi Zəngəzurda hektarlarla meşə sahələri, əkin sahələri məhv edilib. Təqribi hesablamalara görə, işğal dönəmində ermənilər tərəfindən Azərbaycanın 54 min 328 hektar meşə sahəsi məhv edilib. Qarabağ və Şərqi Zəngəzurda yerləşən, Qırmızı ktaba daxil edilmiş növlərin qorunub saxlandığı Bəsitçay ve Qaragöl dövlət təbiət qoruqları, Laçın, Qubadlı və Daşaltı yasaqlıları talan edilib. İşğal dönəmində həmçinin Zəngilanda qiymətli Şərq çinarı meşəsi, yaşı 1000-2000 ildən çox ağaclar məhv edilib. Cəbrayıl rayonu üzrə meşələrin və bitkilərin 90 faizi məhv edilib. Kollar, meşələr, ot bitkilər tamamilə məhv olub, ərazidə yarımsəhra vəziyyəti yaranıb. Ümumilikdə işğal dönəmində Xankəndi üzrə 11.6 faiz, Xocavənd üzrə 17 faizdən çox, Kəlbəcər üzrə 23, Laçın üzrə 36, Şuşa üzrə 36 faiz, Tərtər üzrə 6, Zəngilan üzrə 46, Füzuli üzrə 2 faizə yaxın, Qubadlıda 50 faiz meşə ərazisi məhv edilib.
Zəngilanda, Cəbrayılda, Ağdamda qiymətli ağaclar olan meşələrin qırılması müşahidə edilib. Qarabağda təxminən 100 hektardan çox püstə meşələri vandal hücumuna məruz qalıb və artıq tarixə qovuşub. Laçın rayonun Kamallı kəndi ərazisində 30 hektara yaxın 100 illik aqromeşə erməni vandalları tərəfindən məhv edilib". R.Əliyev qeyd edib ki, 30 il işğal altında qalmış torpaqlarda ermənilərin törətdiyi ekoloji cinayətlər aran bölgələrdə də fəsadlar verib:
"Ermənilər Xaçın çayının qarşısını kəsmişdilər. Uzun müddət susuz qalan Xaçınətrafı meşələr, əkin sahələri məhv oldu. Xaçın ətrafında böyük saqqız meşəsi var idi, o da dolayısı ilə Ermənistanın hərbi təcazünün qurbanına çevrildi".
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Dendrologiya bağı" public hüquqi şəxsin aparıcı mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev Ermənistanın ekoloji terroru nəticəsində bir sıra növlərin tamamilə sıradan çıxdığını bildirib: "Burada ermənilərin Zəngilanda məhv etdiyi Şərq çinarı meşəsindən danışıldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışanda o ağacları pasportlaşdıranlarından biri də mən olmuşam. Orada hər birinin 350 dən çox yaşı olan 48 növ çinar ağacı var idi. İndi o ağacların heç birindən əsər-əlamət qalmayıb. Ermənilər Kəlbəcərdə meşə terroru həyata keçib, ağacları kəsib aparıblar. Hərbi əməliiyatlar, hərbi təlimlər, ağır texnikanın hərəkəti və mina terroru nəticəsində Ağdamda əkinə yararlı torpaqlar sıradan çıxarılıb. Bunu bərpa etmək üçün 100 illərlə vaxt lazımdır". M.Musayev ermənilərin çaylarımıza qarşı ekoloji terrorunun bu gün də davam etdiyini bildirib: "Ermənilər Oxçuçayı normadan artıq çirkləndiriblər. Balıq yetişdirmək üçün böyük xəndəklər qazıb Həkəri çayının istiqamətini dəyişmək istəyirdilər".
Ekoloq Musa Muradov bildirib ki, ermənilərin ekoloji cinayətləri ifşa edilməli, dünyanın diqqəti işğal dönəmində Qaragağda və Şərqi Zəngəzurda törədilmiş ekosidə çəkilməlidir.
Azərbaycanda meşə ehtiyatının və su resurslarının az olduğunu vurğulayan ekoloq qeyd edib ki, vətəndaş cəmiyyəti institutları, sadə vətəndaşlar ətraf mühitin qorunması, su mənbələrinə qənaət məsələsinə həssas yanaşmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 İyun 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri