“Qarabağda gələcək” adlı sərgi və satış yarmarka təşkil edilib VİDEO | Icma.az
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının tarixi məkanlarından olan “Passaj 1901” kompleksində tezliklə doğma yurdlarına köçürüləcək keçmiş məcburi köçkünlərin əl işlərindən ibarət “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka keçirilib.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirin əsas məqsədi keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların iqtisadi fəallığının dəstəklənməsi və istehsal etdikləri məhsulların satış imkanlarının genişləndirilməsidir.
Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirib ki, qaçqınlar və məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.
Qeyd edilib ki, Prezident İlham Əliyev onların yaşayış şəraitinin yaxşılaşdırılmasını və sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır.
Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan şəxslərin problemlərinə həssaslıqla yanaşır və təsirli dəstək göstərir.Sədr müavini həmçinin bildirib ki, geri qayıdan əhalinin məşğulluğuna dəstək məqsədilə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində 200-dən artıq keçmiş məcburi köçkün gəlirgətirən fəaliyyətlərə cəlb edilib.
Onlara bu istiqamətdə müxtəlif təlimlər keçirilib, peşə sahələri üzrə yeni biliklər və bacarıqlar qazandırılaraq əmək bazarında aktiv iştirak etmələri üçün geniş şərait yaradılıb.
Açılış mərasimində Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın geniş vüsət aldığı, minlərlə məcburi köçkün ailəsinin doğma yurda geri döndüyü və yeni həyata başladığı vurğulanıb.
Tam oxu
Xəbəri oxu