Icma.az
close
up
RU
“Qarabağda gələcək” adlı sərgi və satış yarmarka təşkil edilib VİDEO

“Qarabağda gələcək” adlı sərgi və satış yarmarka təşkil edilib VİDEO

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının tarixi məkanlarından olan “Passaj 1901” kompleksində tezliklə doğma yurdlarına köçürüləcək keçmiş məcburi köçkünlərin əl işlərindən ibarət “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirin əsas məqsədi keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların iqtisadi fəallığının dəstəklənməsi və istehsal etdikləri məhsulların satış imkanlarının genişləndirilməsidir. Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirib ki, qaçqınlar və məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Qeyd edilib ki, Prezident İlham Əliyev onların yaşayış şəraitinin yaxşılaşdırılmasını və sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan şəxslərin problemlərinə həssaslıqla yanaşır və təsirli dəstək göstərir.

Sədr müavini həmçinin bildirib ki, geri qayıdan əhalinin məşğulluğuna dəstək məqsədilə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində 200-dən artıq keçmiş məcburi köçkün gəlirgətirən fəaliyyətlərə cəlb edilib. Onlara bu istiqamətdə müxtəlif təlimlər keçirilib, peşə sahələri üzrə yeni biliklər və bacarıqlar qazandırılaraq əmək bazarında aktiv iştirak etmələri üçün geniş şərait yaradılıb. Açılış mərasimində Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın geniş vüsət aldığı, minlərlə məcburi köçkün ailəsinin doğma yurda geri döndüyü və yeni həyata başladığı vurğulanıb. Keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının və iqtisadi fəaliyyətə inteqrasiyasının təmin olunması mühüm vəzifə kimi qarşıya qoyulub.

Bildirilib ki, daimi yaşayış yerlərinə qayıdanların və qayıdışa hazırlaşanların iqtisadi fəaliyyətinin dəstəklənməsi üçün zəruri tədbirlər görülür, bu məqsədlə sərgi və satış-yarmarkaların işğaldan azad olunmuş ərazilərdə də təşkili planlaşdırılır.

Tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri ilə yanaşı, mədəniyyət və incəsənət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən biznes mərkəzləri, təhsil və yaradıcılıq şirkətləri, tədbirə təşkilati dəstək verən şirkətlərin təmsilçiləri, ekspertlər və digər qonaqlar iştirak ediblər. Belə tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Sonda tədbirin xüsusi qonaqlarına təşəkkürnamələr təqdim edilib. Yarmarkada məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı ilə bağlı məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunub. 

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 İyun 2025 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri