Qarabağda ilk dəfə Bilik Gününü qeyd edən MƏKTƏBLƏR

15.09.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

15 sentyabr 2026-cı il tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində ilk dəfə Bilik Günü qeyd olunub.

Modern.az xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki işğaldan azad edilmiş ərazilərdə yerləşən aşağıdakı məktəblər qapılarını ilk dəfə şagirdlərin üzünə açıblar:
• Ağdərə rayonu Aşağı Oratağ kənd tam orta məktəbi

• Ağdam şəhər 1 nömrəli tam orta məktəbi

• Xankəndi şəhəri Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbi

• Xocavənd rayonu Qırmızıbazar qəsəbə tam orta məktəbi

• Xocavənd şəhəri 1 nömrəli tam orta məktəbi

• Xocalı rayonu Təzəbinə kənd tam orta məktəbi

• Xocalı rayonu Xanyurdu kənd tam orta məktəbi

Bu əlamətdar hadisə işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və Böyük Qayıdış çərçivəsində təhsil həyatının davamlı şəkildə təşkilinin mühüm göstəricisidir.
Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsi üzrə işğaldan azad edilmiş ərazilərdə (Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa) 19 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью