Qarabağda ilk dəfə Bilik Gününü qeyd edən MƏKTƏBLƏR
Modern.az saytına istinadən Icma.az xəbər verir.
15 sentyabr 2026-cı il tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində ilk dəfə Bilik Günü qeyd olunub.
Modern.az xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki işğaldan azad edilmiş ərazilərdə yerləşən aşağıdakı məktəblər qapılarını ilk dəfə şagirdlərin üzünə açıblar:
• Ağdərə rayonu Aşağı Oratağ kənd tam orta məktəbi
• Ağdam şəhər 1 nömrəli tam orta məktəbi
• Xankəndi şəhəri Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbi
• Xocavənd rayonu Qırmızıbazar qəsəbə tam orta məktəbi
• Xocavənd şəhəri 1 nömrəli tam orta məktəbi
• Xocalı rayonu Təzəbinə kənd tam orta məktəbi
• Xocalı rayonu Xanyurdu kənd tam orta məktəbi
Bu əlamətdar hadisə işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və Böyük Qayıdış çərçivəsində təhsil həyatının davamlı şəkildə təşkilinin mühüm göstəricisidir.
Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsi üzrə işğaldan azad edilmiş ərazilərdə (Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa) 19 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 15 Sentyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















