“Qarabağ“dan əzmkar QƏLƏBƏ

29.11.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının XIII turunun son görüşündə "Qarabağ" doğma meydanda "Sumqayıt"ı məğlub edib.

Moderator.az xəbər verir ki, "Azərsun Arena"da keçirilən görüş Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın heyətində Aleksandr Kaşuk 42-ci, Renaldo Sefas 45+2-ci, Taofik İsmail 77-ci, Musa Qurbanlı isə 86-cı dəqiqədə fərqləniblər. Sumqayıt təmsilçisinin heyətində İsa Suliman 8-ci, Emil Mustafayev isə 55-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra "Qarabağ" 23 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 10 xalı olan "Sumqayıt" isə onuncu pillədə yer alıb.

Xatırladaq ki, XIII turun daha əvvəl keçirilən oyunlarında "Şəfa" "İmişli"yə (3:1), "Neftçi" "Zirə"yə (1:0), "Turan Tovuz" "Kəpəz"ə (2:1), "Sabah" "Araz-Naxçıvan"a (2:1), "Şamaxı" isə "Qəbələ"yə (2:0) qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью