“Qarabağ“dan əzmkar QƏLƏBƏ
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının XIII turunun son görüşündə "Qarabağ" doğma meydanda "Sumqayıt"ı məğlub edib.
Moderator.az xəbər verir ki, "Azərsun Arena"da keçirilən görüş Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın heyətində Aleksandr Kaşuk 42-ci, Renaldo Sefas 45+2-ci, Taofik İsmail 77-ci, Musa Qurbanlı isə 86-cı dəqiqədə fərqləniblər. Sumqayıt təmsilçisinin heyətində İsa Suliman 8-ci, Emil Mustafayev isə 55-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Bu nəticədən sonra "Qarabağ" 23 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 10 xalı olan "Sumqayıt" isə onuncu pillədə yer alıb.
Xatırladaq ki, XIII turun daha əvvəl keçirilən oyunlarında "Şəfa" "İmişli"yə (3:1), "Neftçi" "Zirə"yə (1:0), "Turan Tovuz" "Kəpəz"ə (2:1), "Sabah" "Araz-Naxçıvan"a (2:1), "Şamaxı" isə "Qəbələ"yə (2:0) qalib gəlib.
Baxış sayı:50
Bu xəbər 29 Noyabr 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















