Qarabağı yenidən quranlara ciddi güzəştlər olmalıdır AKTUAL | Icma.az
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu şəxslərin ictimai qəhrəmanlar səviyyəsinə qaldırılması üçün də maarfləndirmə və təbliğat işlərini gücləndirmək lazımdırMilli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında işğaldan azad olunan ərazilərdə çalışan şəxslərin əməyinin qiymətləndirilməsi və onların sosial təminatının artırılması məsələsinə toxunub.
O, həmin bölgələrdə çalışan fəhlə, iş icraçısı və şirkət nümayəndələrinin fəaliyyətini “qəhrəmanlıq” kimi dəyərləndirərək, onların digər bölgələrdə çalışanlardan fərqləndirilməsinin vacibliyini vurğulayıb.
Deputat bildirib ki, bu şəxslərin əməyinə daha həssas yanaşılmalı və ödənişlərə dair meyar və standartlar dəyişdirilməlidir.Zahid Oruc həmçinin, azad olunmuş ərazilərə qayıdan ailələrə uşaqpulu verilməsinin yaxşı bir nümunə olacağını qeyd edib.
O, bu təşəbbüsün həm məskunlaşma, həm də demoqrafik vəziyyət baxımından əhəmiyyətli olduğunu bildirib: “Hər birimiz qürurla bəyan edirik ki, Prezident İlham Əliyevin liderliyi ilə azad olunan torpaqlarda yeni Vətən quruculuğu həyata keçirilir.
Əlbəttə, cəmi bir dəfə həmin bölgələrə səfər edən insan hansı ağır şərtlərdən keçərək yüz minlərlə vətəndaşımızın doğma yurdlarına dönüşünün təmin olunduğunu görə bilər.
Ötən günlərdə Ağdamdan Xankəndiyə, daha sonra Şuşaya gedərkən on minlərlə insanın, minlərlə texnikanın hansı miqyasda işlər gördüyünü yaxından müşahidə etmək həqiqətən təsirli hadisəydi.
Bizə görə, orada işləyən fəhlənin, iş icraçısının və şirkətlərin hər biri qəhrəmandır.
Tam oxu
Xəbəri oxu