Icma.az
close
up
RU
Qarabağı yenidən quranlara ciddi güzəştlər olmalıdır AKTUAL

Qarabağı yenidən quranlara ciddi güzəştlər olmalıdır AKTUAL

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu şəxslərin ictimai qəhrəmanlar səviyyəsinə qaldırılması üçün də maarfləndirmə və təbliğat işlərini gücləndirmək lazımdır


Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında işğaldan azad olunan ərazilərdə çalışan şəxslərin əməyinin qiymətləndirilməsi və onların sosial təminatının artırılması məsələsinə toxunub. O, həmin bölgələrdə çalışan fəhlə, iş icraçısı və şirkət nümayəndələrinin fəaliyyətini “qəhrəmanlıq” kimi dəyərləndirərək, onların digər bölgələrdə çalışanlardan fərqləndirilməsinin vacibliyini vurğulayıb. Deputat bildirib ki, bu şəxslərin əməyinə daha həssas yanaşılmalı və ödənişlərə dair meyar və standartlar dəyişdirilməlidir.

Zahid Oruc həmçinin, azad olunmuş ərazilərə qayıdan ailələrə uşaqpulu verilməsinin yaxşı bir nümunə olacağını qeyd edib. O, bu təşəbbüsün həm məskunlaşma, həm də demoqrafik vəziyyət baxımından əhəmiyyətli olduğunu bildirib: 

“Hər birimiz qürurla bəyan edirik ki, Prezident İlham Əliyevin liderliyi ilə azad olunan torpaqlarda yeni Vətən quruculuğu həyata keçirilir. Əlbəttə, cəmi bir dəfə həmin bölgələrə səfər edən insan hansı ağır şərtlərdən keçərək yüz minlərlə vətəndaşımızın doğma yurdlarına dönüşünün təmin olunduğunu görə bilər. Ötən günlərdə Ağdamdan Xankəndiyə, daha sonra Şuşaya gedərkən on minlərlə insanın, minlərlə texnikanın hansı miqyasda işlər gördüyünü yaxından müşahidə etmək həqiqətən təsirli hadisəydi. Bizə görə, orada işləyən fəhlənin, iş icraçısının və şirkətlərin hər biri qəhrəmandır. Müqəddəs əməyi təmsil edirlər və digər ərazilərdə çalışanlardan fərqləndirilməlidirlər, ona görə də Qarabağda çalışanların fəaliyyətinə daha həssaslıqla yanaşılmalıdır. Söhbət qurulu şəraitdə və hazır infrastrukturu olan yerlərdə çalışmaqdan getmir. Ona görə də azad torpaqlarda çalışan hər bir insan üçün ödənişlərə dair meyarlar və standartların dəyişdirilməsi zəruridir”.

Millət vəkili öz çıxışında işğaldan azad olunmuş ərazilərin bərpasında çalışan şəxslərin sosial rifahının artırılması və onların əməyinin adekvat şəkildə qiymətləndirilməsi istiqamətində atılacaq addımların vacibliyini dilə gətirib. Deputatın dediklərində böyük həqiqət payı var. İşğaldan azad olunan ərazilərdə tikinti sahəsində çalışanlar Qayıdışın səssiz qəhrəmanlarıdır. Dövlət və cəmiyyət olaraq bu əməyi tanımaq, dəyərləndirmək və dəstəkləmək vacibdir. İşğaldan azad olunmuş rayonlarda çalışan insanların əməyinin stimullaşdırılması və onlara güzəştlərin tətbiqi həm sosial ədalətin təmin olunması, həm də bu bölgələrin sürətli bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu bölgələrdə fəaliyyət göstərən insanlar — istər dövlət qulluqçuları, istər müəllimlər, həkimlər, tikinti işçiləri, mühəndislər, istərsə də sahibkarlar — çətin şəraitdə çalışaraq böyük fədakarlıq nümayiş etdirirlər.

Düzdür, hazırda bu insanlar üçün güzəştlər və təşviq mexanizmləri mövcuddur. İşğaldan azad olunan ərazilərdə çalışan dövlət qulluqçuları, müəllimlər və həkimlər üçün dövlət tərəfindən yaşayış evləri inşa edilir və ya müvəqqəti yaşayış yerləri təmin olunur. Bəzi hallarda kirayə haqları dövlət tərəfindən ödənilir və ya subsidiya olunur. Sahibkarlığın təşviqi üçün dövlət tərəfindən vergi və gömrük güzəştləri, dövlət dəstəyi ilə güzəştli kreditlər və aşağı faizli ipoteka proqramları təklif olunur. Aqrar sahədə fəaliyyət göstərənlərə subsidiyalar və texniki dəstək göstərilir. Bununla belə mütəxəssislərin fikrincə, bu bölgələrdə çalışan şəxslər üçün daha uzunmüddətli sosial təminatlar, məsələn, təqaüdə çıxma yaşına qədər əlavə sosial sığorta imtiyazları, ailə üzvləri üçün də güzəştlər paketi hazırlanmalıdır. Bu bölgələrdə uğurla fəaliyyət göstərən mütəxəssislərin dövlət mükafatları ilə təltif olunması, onların əməklərinin cəmiyyətə təqdim edilməsi də stimullaşdırma mexanizminin mənəvi tərəfidir. 


Real Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli də “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanın işğaldan azad edilən rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ölkənin gələcəyi üçün strateji önəm daşıyır. Bu prosesin əsas iştirakçıları isə tikinti sahəsində çalışan minlərlə işçidir. Onlar bu gün Qarabağın və Şərqi Zəngəzurun yenidən dirçəlməsində əvəzsiz rol oynayırlar: 

“İşğaldan azad olunmuş ərazilərdə tikinti sahəsində çalışan insanlar ölkənin gələcəyinin qurucularıdır. Onların əməyinin dəyəri təkcə iqtisadi baxımdan deyil, həm də mənəvi və simvolik cəhətdən yüksəkdir. Bu insanlar sadəcə tikinti işçiləri deyil — onlar əslində, yenidənqurma prosesinin qəhrəmanlarıdır, çünki onların əməyinin nəticəsində bu bölgələr yenidən həyat qazanır. Həm yerli işçilər, həm də digər bölgələrdən gəlmiş mütəxəssislər birlikdə çalışaraq dövlətin "Böyük Qayıdış" siyasətinə töhfə verirlər. Bu sahədə çalışan mühəndislər, texniklər və fəhlələr gündəlik olaraq çətin şəraitdə — bəzən mina təhlükəsi altında — işləyirlər. Onların əməyi nəticəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mümkün olur”.


Qarabağda və Şərqi Zəngəzurda çalışan işçilərin kifayət qədər böyük əhəmiyyətli işlərlə məşğul olduqlarını xatırladan ekspert qeyd edib ki, dövlət qulluqçusu və ya adi fəhlə olmasından asılı olmayaraq onlara ciddi güzəştlər tətbiq olunmalıdır: 

“Bildiyim qədəri ilə dövlət bu istiqamətdə real addımlar atır, maaşlarına ciddi əlavələr edilir. Bu şəxslərin ictimai qəhrəmanlar səviyyəsinə qaldırılması üçün də maarfləndirmə və təbliğat işlərini gücləndirmək lazımdır. Televiziyalar mütəmadi reportajlar hazırlamalı, digər KİV-lər də bu məsələni gündəmdə saxlamalıdırlar. İşğaldan azad olunan ərazilərdə çalışan insanları ictimaiyyətə tanıtmaqla, onları nümunə göstərməklə təşviqat tədbirləri aparıla bilər. Dövlət qurumlarında və büdcədən maliyyələşən təşkilatlarda çalışan insanlara  digər bölgələrlə müqayisədə artırılmış əməkhaqqı verilməsi nəzərdə tutulub. Dövlət sektorunda çalışanlar üçün əlavə mükafatlar, yol xərclərinin ödənilməsi, sosial sığortada güzəştlər tətbiq olunur. Bu bölgələrdə çalışan müəllimlərə əlavə dərs saatları və nəticə əsaslı mükafatlandırma tətbiq olunur. Özəl sektorda çalışan işçilərin məsələsi isə bir az problemlidir. Dövlət sahibkarlara deyə bilməz ki, filan qədər maaş ver. Ancaq ki, dövlət özəl sektora daha çox vergi güzəştləri edə və sahibkardan da tələb edə bilər ki, işçilərə daha yüksək maaş versin. Yəni  müxtəlif mexanizmlər var ki, onları düşünüb sistemləşdirilmiş şəkildə tətbiq etmək olar. Tikinti sahəsində çalışan insanların bəzən üzləşdikləri haqsızlıqlar, maaş gecikmələri ilə bağlı narazılıqları olur, bu kimi halları da araşdırıb müxtəlif yollarla həll etmək lazımdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri