Qarabağın bərpası iqlim tarazlığına töhfə olacaq | Icma.az
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
COP29-un Qlobal Mina Çağırışı COP29-un fəal iştirakçıları Dünya Ərzaq Mükafatı laureatı, “Sülhün kökləri” beynəlxalq təşkilatının təsisçisi Heidi Kuhn və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Qarabağın təhlükəli mina sahələrində olublar.
Onlar mina probleminin təcili həllinə və bölgənin bir vaxtlar çiçəklənən üzüm sahələrinin bərpasına diqqət çəkmək üçün aksiya keçiriblər.
BAMF rəhbəri Umud Mirzəyev ­aksiya barədə Qarabağdan telefonla ­redaksiyamıza bildirdi: – “Minalardan üzümlüyə” şüarı ilə keçirdiyimiz aksiyanın məqsədi məhsuldar torpaqları minalardan təmizləyərək yenidən üzüm bağlarına çevirmək ideyasını qlobal səviyyədə yaymaqdır.
Qlobal liderlərin Birləşmiş Millətlər Təşkilatının Bakıda keçirilən İqlim Sammitində bir araya gəldiyi bir vaxtda "Sülhün kökləri" beynəlxalq təşkilatının təsisçisi Heidi Kuhn ilə Qarabağın minalı zonasına səfər etməklə dünya ictimaiyyətinin diqqətini minaların iqlim dəyişikliyinə təsirinə yönəltmək istəyirik.
Təəssüf ki, bu irimiqyaslı təhlükənin ekoloji tarazlığı pozan ciddi mənbələrdən biri olduğuna kifayət qədər diqqət yetirilmir.
Qarabağın minalanmış əraziləri COP29 toplantı və müzakirələrinin keçirildiyi Bakı Olimpiya Stadionundan cəmi 3 – 4 saatlıq məsafədə yerləşir.
Konfransda 200-ə yaxın ölkədən 72 mindən çox insan toplaşıb.
Tam oxu
Xəbəri oxu