“Qarabağ”ın əzmkarlığı “Atletik”ə gərginlik yaşatdı | Icma.az
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çempionlar liqasının ilk iki turunda Avropa futbolunu heyrətə salan Ağdamın “Qarabağ” komandası dünən müasir dünya futbolunun mərkəzlərindən sayılan İspaniya La liqasının təmsilçisi Bilbaonun “Atletik” klubu ilə qarşılaşdı.
Azərbaycan təmsilçilərindən fərqli olaraq basklar 2 turdan sonra bir xal belə əldə edə bilməyiblər.
İlk oyunda Bilbao komandası evdə “Arsenal”a 0:2, “Borussiya Dortmund”a isə səfərdə 1:4 hesabı ilə məğlub olub.
Amma buna baxmayaraq, “Atletik” bu oyunun fovariti hesab edilirdi.
Buna baxmayaraq, Qurban Qurbanovun yetirmələri Bilbaoda da sensasiya yaratmağın bir addımlığında oldu.
Oyun başlayar-başlamaz komandamız rəqibin qapısına sürətli hücum təşkil etdi.
Matçın başlanmasının dəqiqəsi tamam olmamış - 54-cü saniyədə baskların müdafiəçiləri Laporte və Paredes meydanın özlərinə aid hissəsində bərbad oyun nümayiş etdirdilər və top cərimə meydançasının sağ tərəfinə sıçradı.
Tam oxu
Xəbəri oxu