Icma.az
close
up
RU
“Qarabağ”ın əzmkarlığı “Atletik”ə gərginlik yaşatdı

“Qarabağ”ın əzmkarlığı “Atletik”ə gərginlik yaşatdı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar liqasının ilk iki turunda Avropa futbolunu heyrətə salan Ağdamın “Qarabağ” komandası dünən müasir dünya futbolunun mərkəzlərindən sayılan İspaniya La liqasının təmsilçisi Bilbaonun “Atletik” klubu ilə qarşılaşdı. Azərbaycan təmsilçilərindən fərqli olaraq basklar 2 turdan sonra bir xal belə əldə edə bilməyiblər. İlk oyunda Bilbao komandası evdə “Arsenal”a 0:2, “Borussiya Dortmund”a isə səfərdə 1:4 hesabı ilə məğlub olub. Amma buna baxmayaraq, “Atletik” bu oyunun fovariti hesab edilirdi.

Buna baxmayaraq, Qurban Qurbanovun yetirmələri Bilbaoda da sensasiya yaratmağın bir addımlığında oldu. Oyun başlayar-başlamaz komandamız rəqibin qapısına sürətli hücum təşkil etdi. Matçın başlanmasının dəqiqəsi tamam olmamış - 54-cü saniyədə baskların müdafiəçiləri Laporte və Paredes meydanın özlərinə aid hissəsində bərbad oyun nümayiş etdirdilər və top cərimə meydançasının sağ tərəfinə sıçradı. Ağdam təmsilçisi Leandro Andrade topu ələ keçirib, qapıçı ilə təkbətək çıxdı və uzaq aşağı küncə dəqiq zərbə endirdi! 1:0.

Qarabağlılar bu hesabı ancaq oyunun 40-cı dəqiqəsinə qədər qoruya bildilər. Bu məqamda rəqiblərin ən fəal oyunçusu Quruseta ustalığını göstərdi. Hurehisar meydanın mərkəzində topu ələ keçirdi və Qarabağ müdafiəçilərinin arxasında tək qalan Qurusetaya əla ötürmə etdi. İspaniyalı forvard Medinanın təzyiqi altında sürətlə Kotarski ilə təkbətək çıxdı və 15 metrdən sağ alt küncə güclü zərbə endirdi. Basklar bərabərliyi təmin edib elə bu hesabla fasiləyə yollandılar.

İkinci hissədə “Qarabağ” nə qədər əzmkar oyun nümayiş etdirsə də, “Atletik”in təcrübəsi və oyunçularının yüksək ustalığı öz sözünü dedi. Oyunun 70-ci və 88-ci dəqiqələrində Valverdinin yetirmələri daha 2 dəfə fəqləndilər. “Atletik” Bilbao Novarra və Qrusetanın qolları ilə hesabı 3:1-ə çatdırdı.

Bütün bunlara baxmayaraq, Qurban Qurbanovun yetirmələri əzmkar oyunları ilə yenə diqqət çəkdilər. Komandamız növbəti matçını daha güclü klubla - İngiltərənin “Çelsi” komandası ilə doğma meydanda keçirəcək. Güman edirik ki, noyabrın 5-də Bakıda olacaq bu qarşılaşmada “Qarabağ” azarkeşlərini sevindirəcək.

R.İLQAR
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri