“Qarabağ”ın keçmiş futbolçusu: “Ayntraxt”ın zədəli oyunçuları onun üçün ciddi problem yara…
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ” bu gün evdə, doğma azarkeşlərinin önündə oynayacaq, buna baxmayaraq, çox çətin qarşılaşma olacaq. Rəqib heç də zəif deyil.
Ancaq inanıram ki, komandamız bu gün lazımi nəticəni əldə edə biləcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın keçmiş futbolçusu Rahid Əmirquliyev Ağdam klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcəyi VII tur oyunu ilə bağlı danışarkən deyib.
O, bugünkü matçın hər iki tərəf üçün vacib olduğunu vurğulayıb: “Qarabağ” ölkə çempionatında da mühüm mövqedədir.
Hazırda ikinci pillədədir və lider “Sabah”la aralarında 1 xallıq fərq var. Frankfurt klubu isə Bundesliqada ilk “onluq”da yer alır.
Buna baxmayaraq, Çempionlar Liqasında vəziyyətləri ürəkaçan deyil”.
Veteran futbolçu Ağdam təmsilçisinin oyun üslubuna da toxunub: “Qarabağ” həmişə hücumameyilli futbol oynayıb.
Tam oxu
Xəbəri oxu