“Qarabağ”ın keçmiş futbolçusu: “Ayntraxt”ın zədəli oyunçuları onun üçün ciddi problem yaratmayacaq
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ” bu gün evdə, doğma azarkeşlərinin önündə oynayacaq, buna baxmayaraq, çox çətin qarşılaşma olacaq. Rəqib heç də zəif deyil. Ancaq inanıram ki, komandamız bu gün lazımi nəticəni əldə edə biləcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın keçmiş futbolçusu Rahid Əmirquliyev Ağdam klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcəyi VII tur oyunu ilə bağlı danışarkən deyib.
O, bugünkü matçın hər iki tərəf üçün vacib olduğunu vurğulayıb: “Qarabağ” ölkə çempionatında da mühüm mövqedədir. Hazırda ikinci pillədədir və lider “Sabah”la aralarında 1 xallıq fərq var. Frankfurt klubu isə Bundesliqada ilk “onluq”da yer alır. Buna baxmayaraq, Çempionlar Liqasında vəziyyətləri ürəkaçan deyil”.
Veteran futbolçu Ağdam təmsilçisinin oyun üslubuna da toxunub: “Qarabağ” həmişə hücumameyilli futbol oynayıb. Komanda rəqibdən asılı olmayaraq, hər zaman öz oyununu nümayiş etdirməyə çalışır. Təbii ki, güclü rəqiblərə qarşı istər-istəməz müdafiəyə oturmaq lazım gəlir”.
R.Əmirquliyev rəqib komandada zədəli futbolçuların çox olmasının matçın taleyinə təsir etməyəcəyini bildirib: “Rəqibin heyətində zədəli futbolçular olsa da, onları əvəzləyəcək oyunçuların səviyyəsi də kifayət qədər yüksəkdir. Ona görə də düşünmürəm ki, bu, komanda üçün ciddi problem yaratsın. Əslində, bu, yalnız “Ayntraxt”a deyil, hər bir komandaya aiddir. Hər klubda zədəli oyunçunun yerinə eyni səviyyədə futbolçu oynayır. Futbolda məhsuldarlığın rolu böyükdür. Biz baş məşqçi Qurban Qurbanovu tanıyırıq və bilirik ki, o, Azərbaycan futbolu üçün böyük işlər görüb. İnanıram ki, bu gün də “Qarabağ” Azərbaycan xalqını sevindirəcək”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 Yanvar 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















