Qarabağla oyun Lionun iki futbolçusu üçün əlamətdar ola bilər

27.11.2024

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

UEFA Avropa Liqasında "Qarabağ"la oyun Fransanın "Lion" klubunun iki futbolçusu üçün əlamətdar ola bilər. SİA Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar hücumçu Aleksandr Lyakazett və qapıçı Lukas Perridir.

Fransalı forvard Bakıdakı qarşılaşmada meydana çıxacağı təqdirdə "Lion" forması ilə turnirdə 30-cu oyununu keçirəcək.

İlin əvvəlində transfer edilən braziliyalı qolkiper isə komandada ümumilikdə 20-ci görüşünü keçirə bilər.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" oyunu saat 21:45-də start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью