Qarabağla oyun Lionun iki futbolçusu üçün əlamətdar ola bilər
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
UEFA Avropa Liqasında "Qarabağ"la oyun Fransanın "Lion" klubunun iki futbolçusu üçün əlamətdar ola bilər. SİA Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar hücumçu Aleksandr Lyakazett və qapıçı Lukas Perridir.
Fransalı forvard Bakıdakı qarşılaşmada meydana çıxacağı təqdirdə "Lion" forması ilə turnirdə 30-cu oyununu keçirəcək.
İlin əvvəlində transfer edilən braziliyalı qolkiper isə komandada ümumilikdə 20-ci görüşünü keçirə bilər.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" oyunu saat 21:45-də start götürəcək.

Qarabağla oyun Lionun iki futbolçusu üçün əlamətdar ola bilər
27 Noyabr 2024 12:45
Qarabağla oyun Lionun iki futbolçusu üçün əlamətdar ola bilər Xəbər saytı Son xəbərlər və Hadisələr
27 Noyabr 2024 13:56
Sumqayıt ın futbolçusu üçün əlamətdar oyun
26 Yanvar 2025 16:00
Sabah ın futbolçusu üçün əlamətdar oyun
31 Mart 2025 17:05

