Qaradağ GES 3 ildə nə qədər elektrik enerjisi istehsal edib? RƏQƏMLƏR

26.10.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstismara verildiyi tarixdən bu ilin oktyabrın 1-dək "Qaradağ" Günəş Elektrik Stansiyasında (GES) 1 milyard 488 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.

"AzPolitika" xəbər verir ki,  bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 550 hektar ərazini əhatə edən Qaradağ GES-də 570 min günəş paneli quraşdırılıb.

Azərbaycanın bərpa olunan enerji sahəsində ilk iri miqyaslı beynəlxalq investisiya layihəsi olan stansiya ölkəmizdə yaşıl enerji keçidinə və elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının artmasına mühüm töhfə verir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 26-da "Qaradağ" GES işə salınıb. Stansiyanın gücü 230 MVt təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью