Qaradağ GES 3 ildə nə qədər elektrik enerjisi istehsal edib? RƏQƏMLƏR
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstismara verildiyi tarixdən bu ilin oktyabrın 1-dək "Qaradağ" Günəş Elektrik Stansiyasında (GES) 1 milyard 488 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
"AzPolitika" xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 550 hektar ərazini əhatə edən Qaradağ GES-də 570 min günəş paneli quraşdırılıb.
Azərbaycanın bərpa olunan enerji sahəsində ilk iri miqyaslı beynəlxalq investisiya layihəsi olan stansiya ölkəmizdə yaşıl enerji keçidinə və elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının artmasına mühüm töhfə verir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 26-da "Qaradağ" GES işə salınıb. Stansiyanın gücü 230 MVt təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 26 Oktyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















