Qaradağ rayonunda sayca 6 cı körpünün tikintisinə başlanılıb

13.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yol infrastrukturunun yenilənməsi, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

XQ  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu çərçivədə M2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün sökülərək yenidən tikintisinə başlanılıb.

Bu, Qobustan qəsəbəsi ərazisində yenilənən sayca 4-cü, ümumilikdə isə son aylarda Qaradağ rayonunda yenidən tikintisinə başlanılan 6-cı körpüdür.

Mövcud körpünün istismar müddətini başa vurması və texniki vəziyyəti nəzərə alınaraq onun yerində müasir tələblərə cavab verən yeni körpünün inşası nəzərdə tutulur.

Qeyd edək ki, son aylarda Qobustan qəsəbəsi ərazisində yerləşən üç körpünün tikintisi yekunlaşdırılıb. Bundan əlavə, Qaradağ rayonunun Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü və Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrliyində yerləşən körpülər də yenidən tikilərək istifadəyə verilib.

Hazırda isə Qobustan qəsəbəsi ərazisində növbəti körpünün yenidən qurulması istiqamətində işlər həyata keçirilir.

Görülən işlərin əsas məqsədi mövcud yol infrastrukturunun etibarlılığını artırmaq, hərəkət təhlükəsizliyini gücləndirmək və nəqliyyat vasitələrinin rahat gediş-gəlişini təmin etməkdir.

M.MİRZƏ
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью