Qaradağ rayonunda sayca 6 cı körpünün tikintisinə başlanılıb
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yol infrastrukturunun yenilənməsi, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
XQ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu çərçivədə M2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün sökülərək yenidən tikintisinə başlanılıb.
Bu, Qobustan qəsəbəsi ərazisində yenilənən sayca 4-cü, ümumilikdə isə son aylarda Qaradağ rayonunda yenidən tikintisinə başlanılan 6-cı körpüdür.
Mövcud körpünün istismar müddətini başa vurması və texniki vəziyyəti nəzərə alınaraq onun yerində müasir tələblərə cavab verən yeni körpünün inşası nəzərdə tutulur.
Qeyd edək ki, son aylarda Qobustan qəsəbəsi ərazisində yerləşən üç körpünün tikintisi yekunlaşdırılıb. Bundan əlavə, Qaradağ rayonunun Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü və Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrliyində yerləşən körpülər də yenidən tikilərək istifadəyə verilib.
Hazırda isə Qobustan qəsəbəsi ərazisində növbəti körpünün yenidən qurulması istiqamətində işlər həyata keçirilir.
Görülən işlərin əsas məqsədi mövcud yol infrastrukturunun etibarlılığını artırmaq, hərəkət təhlükəsizliyini gücləndirmək və nəqliyyat vasitələrinin rahat gediş-gəlişini təmin etməkdir.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 13 Noyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















