Qaradağda 2 Fevral Gənclər Günü qeyd edilib | Icma.az
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yanvarın 31-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbayacn Partiyası rayon tşkilatının və Mərkəzin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının fəalları, Qaradağ rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə “Ulu öndər Heydər Əliyev və Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ Rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident, Müzəffər ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Tarixə ekskurs edən F.Qurbanov müstəqilliyin bərpasının ilk illərində yaranmış ağır vəziyyətdən, gənclərin başlı-başına buraxılmasından, digər sahələrdə olduğu kimi burada da ağır böhranın mövcud olmasından bəhs edib.
Bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin gənclər siyasətinin formalaşması istiqamətində ardıcıl addımlar atılıb, Gənclər və İdman Nazirliyi yaradılıb, 1996-cı il fevralın 2-də keçirilən I Gənclər Forumundan sonra ölkədə Gənclər Günü təsis edilib, bu istiqamətdə xüsusi dövlət proqramları hazırlanaraq həyata keçirilib.
Tam oxu
Xəbəri oxu