Icma.az
close
up
RU
Qaradağda 2 Fevral Gənclər Günü qeyd edilib

Qaradağda 2 Fevral Gənclər Günü qeyd edilib

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 31-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbayacn Partiyası rayon tşkilatının və Mərkəzin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının fəalları, Qaradağ rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin  üzvləri və qazilər iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə “Ulu öndər Heydər Əliyev və Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP  Qaradağ Rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident, Müzəffər ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Tarixə ekskurs edən F.Qurbanov müstəqilliyin bərpasının ilk illərində yaranmış ağır vəziyyətdən, gənclərin başlı-başına buraxılmasından, digər sahələrdə olduğu kimi burada da ağır böhranın mövcud olmasından bəhs edib. Bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin gənclər siyasətinin formalaşması istiqamətində ardıcıl addımlar atılıb, Gənclər və İdman Nazirliyi yaradılıb, 1996-cı il fevralın 2-də keçirilən I Gənclər Forumundan sonra ölkədə Gənclər Günü təsis edilib, bu istiqamətdə xüsusi dövlət proqramları hazırlanaraq həyata keçirilib.

Tədbirdə digər çıxış edənlər: Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşı  Səmayə Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nuranə Darvinbəyova, Ələt uşaq bağçasının müəllimi, ABŞ Psixoloqlar Assosiasiyasını üzvü Rəna Haqverdiyeva, II qrup Vətən müharibəsi əlili Bəhram Rəcəbli, 7 saylı Uşaq Somatik Sanatoriyasının tərbiyəçisi Türkanə Əliyeva, V.Əsədov adına uşaq bağçasının müəllimi Turanə Qasımova, Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi Rəfael Quliyev və başqaları çıxış edərək ölkəmizdə gəncliyin intelektual inkişafı, təhsili, onların sosial problemlərinin həlli, vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən ətraflı bəhs ediblər.   

Sonra YAP-a yeni qəbul edilənlərə üzvülük vəsiqələri verilib, 2 Fevral Gənclər Günü münasibətilə bir qrup gənc fəala Fəxri Fərmanlar təqdim edilib.         

Sonda xatirə fotosu çəkdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Yanvar 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri